
BƏD XƏBƏR! Artıq işəgötürənin riyazı səhvi inzibati cərimə tətbiqini istisna etməyəcək (4-cü yazı)
Mks.az saytının ekspertləri İnzibati Xətalar Məcəlləsindəki son dəyişiklikləri şərh edir
Növbəti tematik təlimimiz sabah yəni 14 iyun 2025-ci il (şənbə günü) tarixdə "Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə" mövzusunda keçiriləcək. Təlim həm onlayn (saat 10:00 - 13:00, ZOOM), həm də əyani (saat 14:00 - 17:00, Caspian Plaza) formada keçiriləcək. Tematik təlimdə aşağıdakı mövzular haqqında ətraflı məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin bir qismi əmək qanunvericiliyi ilə bağlıdır. Mks.az-ın ekspertləri son dəyişikliklər haqqında izahatlar hazırlayıb.
İnzibati Xətalar Məcəlləsininin 192.4-cü maddəsində edilən dəyişiklik nəticəsində həmin maddənin dispozisiyasında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz edilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Dəyişikliyə qədər işəgötürən Əmək Məcəlləsinin 192.4-cü maddəsində qeyd edilən hallar üzrə pozuntunun riyazi səhv olmasını sübut etdiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati cərimə tətbiq edilmirdi.
Dəyişiklikdən sonra artıq səbəbindən asılı olamayaraq işəgötürən tərəfindən əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsi inzibati məsuliyyət yaradacaq.
İnzibati Xətalar Məcəlləsində edilən son dəyişikliklər və əmək qanunvericiliyinə aid digər inzibati cərimələr haqqında 14 iyun 2025-ci il tarixdə “Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə” mövzusunda, əyani və onlayn formada keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın