İlkin Lələyevin təqdimatında: Minimum əməkhaqqı məbləği artımının fərdi sahibkarların sosial ödənişlərinə təsiri

İlkin Lələyevin təqdimatında: Minimum əməkhaqqı məbləği artımının fərdi sahibkarların sosial ödənişlərinə təsiri

 05 yanvar 2023-cü il tarixli Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. 1 yanvar 2023-ci il tarixindən etibarən sözügedən dəyişiklik şamil edilərək, sosial sığorta haqqında qanunun 14.5.-ci maddəsi üzrə hesablanan muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı məbləği aşağıdakı qaydada hesablanacaqdır:

1. Tikinti sahəsində fəaliyyətlə məşğul olan fərdi sahibkarlar tərəfindən:
⭕Bakı şəhərində: (345 manat x 50%) x 100% = 172.50 manat.
⭕Sumqayıt və Gəncə şəhərində: (345 x 50%) x 90% = 155.25 manat.
⭕Digər şəhərlərdə: (345 x 50%) x 80% = 138 manat.
⭕Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: (345 x 50%) x 60% = 103.50 manat.
⭕Kənd yerlərində: (345 x 50%) x 50% = 86.25 manat.

2. Digər (o cümlədən ticarət) sahələrdə fəaliyyətlə məşğul olan fərdi sahibkarlar tərəfindən:
⭕Bakı şəhərində: (345 x 25%) x 100% = 86.25 manat.
⭕Sumqayıt və Gəncə şəhərində: (345 x 25%) x 90% = 77.625 manat.
⭕Digər şəhərlərdə: (345 x 25%) x 80% = 69 manat.
⭕Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: (345 x 25%) x 60% = 51.75 manat.
⭕Kənd yerlərində: (345 x 25%) x 50% = 43.125 manat.

Bundan başqa “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq bu ildən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı məbləğinin 4 faiz həcmində icbari tibbi sığorta məbləği hesablanacaq. Bu məbləğ də 01.01.2023-ci il tarixindən etibarən 13.80 manat (345 manat*4%) təşkil edəcəkdir.

Qeyd: Sosial sığorta və icbari tibbi sığorta məbləğləri Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi tutulan gəlirin həcmindən asılı olmayaraq sabit aylıq məbləğ olaraq müəyyən edilib dövlət büdcəsinə ödənilir.

Növbəti həftədən satışda olacaq Nəşrlərimiz:

2023-cü il tarixdə aşağıdakı nəşrlərimin satışda olması planlaşdırılır:

1) Beynəlxalq Maliyyə Hesabatları Standartları (Satışı davam edir)
2) Mühasibat uçotu (Satışı davam edir)
3) ƏMAS Platforması: A-dan Z-yə (Satışı davam edir)

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu
5) Vergi Məcəlləsi: Ümümi hissənin izahı (III nəşr)
6) Vergi uçotu: A-dan Z-yə (VI nəşr)
7) Vergi Məcəlləsi: Xüsusi hisssənin izahı (I nəşr) (fevral ayından satışda olacaq)
8) Əməyin uçotu: A-dan Z-yə (III nəşr)
9) Kargüzarlıq: A-dan Z-yə (V nəşr)
10) Əmək Qanunvericiliyi və Testlər Toplusu

1 Komment

  1. Zəfər 24 Yanvar 2023

    Salam zəhmət deyilsə minimum əmək haqqı 345 manat olduqda vergi tutumu 200 manat olaraq qalır yoxsa dəyişir. dəyişibsə neçə manat olur

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər