Topdansatış ticarət fəaliyyətini fərqləndirən 5 VACİB MƏQAM

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 13.2.63 -cü maddəsi və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasına əsasən, topdansatış ticarət dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti başa düşülür.

Topdansatış ticarət fəaliyyətini pərakəndə ticarətdən fərqləndirən cəhətlər aşağıdakılardır:

1) Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.
Vergi Məcəlləsinin 218.5.9-cu maddəsi ilə bu fəaliyyətə belə bir məhdudiyyət qoyulub. Yəni, dövriyyəsindən asılı olmayaraq topdansatış fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər müvafiq olaraq mənfəət və ya gəlir vergisi ödəyicisidirlər. Həmin fəaliyyət üzrə ardıcıl 12 aylıq dövriyyə 200 000 manatdan yuxarı olduğu halda məcburi ƏDV qeydiyyatına alınmalıdır

Nəzərə alsaq ki, topdansatış fəaliyyəti üzrə dövriyyələr yüksəkdir, bu fəaliyətlə məşğul olan əksər vergi ödəyiciləri ƏDV ödəyicisi kimi fəaliyyət göstərirlər. Qeyd edək ki, 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduğu halda da, topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxslər də könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına malikdir.

2) Topdansatış ticarət fəaliyyətində malların alıcıya satışı (təqdim edilməsi) sahibkarlıq fəaliyyəti məqsədləri üçündür.
Hər hansı vergi ödəyicisinin təqdim etdiyi mallar alıcının sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə olunursa, bu topdansatış ticarət fəaliyyəti hesab olunur. Tərifdən göründüyü bu fəaliyyət üzrə malların təqdim olunmasında say baxımından tələb yoxdur. Bu malların sayı 2 və yaxud 1 000 ədəd də ola bilər.

3) Əhaliyə malların satışı topdansatış ticarət anlamı verə bilməz.
Birincisi, əhali malları sahibkarlıq fəaliyəti üçün yox, son istehlak məqsədi ilə əldə edir, ikincisi isə topdansatış ticarət fəaliyyəti zamanı mallar yalnız elektron qaimə-faktura vasitəsiylə təqdim olunmalıdır. Əhali vergi ödəyicisi olmadığı üçün elektron qaimə-faktura göndərə bilməz. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxs paralel olaraq pərakəndə ticarət fəaliyyəti ilə məşğul ola bilər. Amma qaydalara əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılmalıdır.

4) Topdansatış ticarət fəaliyyəti elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmir.
Çünki Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, yalnız pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərənlər (həmin maddədəki bəzi istisnalar nəzərə alınmaqla) nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə aparmalıdırlar.

5) İstehsal fəaliyyəti ilə məşğul olan şəxslərin öz mallarını təqdim etməsi topdansatış ticarəti anlamına gəlmir.

Vergi Məcəlləsinin 13.2.55- ci maddəsinə əsasən, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi ticarət fəaliyyəti hesab olunmur.

0 Komment

    Şərh yazın

    Xəbərlər