İdxal zamanı ƏDV hesablanmasının misallarla izahı

İndi isə ƏDV-ni formalaşdıran dəyərin müəyyən olunmasında fərqli yanaşma tələb olunan idxal əməliyyatları haqqında məlumat verək. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. “İdxal-ixrac əməliyyatları“ bölməsində idxal əməliyyatları haqqında geniş məlumat vermişik. Həmin bölmədə qeyd etmişik ki, mallar gömrük sərhəddindən keçəndə onların gömrük dəyəri formalaşdırılır. Gömrük dəyəri formalaşdıqdan sonra, gömrük rüsumları və digər haqlar onun üzərinə əlavə olunur və alınan məbləğə ƏDV hesablanır.

Fikrimizi misalla izah edək. “A” MMC Türkiyədən 8 000 dollar məbləğində mal gətirir. Gömrük orqanları gömrük dəyərini qanunvericiliyin imkan verdiyi alternativ üsulla hesablayır və iddia edir ki, malların dəyəri 9 000 dollardır. Hesab edək ki, vergi ödəyicisi əlavə olaraq daşınma xərcinə də 1000 dollar ödəniş edib. Deməli, malların gömrük dəyəri 10 000 dollar (9000 +1000) təşkil edəcək. Malların alınmasını təsdiq edən sənəd kimi 8 000 dollarlıq invoys təqdim olunmasına baxmayaraq, gömrük orqanları gömrük dəyərini özü müəyyənləşdirir. Gömrük orqanları malın gömrük dəyərini artırdığı üçün, həmin məbləğə hesablanan əlavə dəyər vergisi də artır. Bu halda gömrük orqanının dövlət büdcəsinə ödədiyi ƏDV məbləği nə qədər artırsa, vergi orqanlarının dövlət büdcəsinin icrası üzrə ƏDV daxilolmalarının məbləği bir o qədər azalır. Cünki vergi ödəyiciləri gömrük orqanlarına ödədikləri ƏDV-ni sonradan əvəzləşdirdiyindən, vergi orqanları vasitəsiylə dövlət büdcəsinə ödəniləcək ƏDV-nin məbləği azalır. Bir başqa sözlə desək, daha çox əvəzləşdirmə, daha az vergi deməkdir!
İndi isə gömrük orqanlarının hesabladığı ƏDV-nin hesablanmasını izah edək. Fərz edək ki, gömrük orqanlarının xərci gömrük dəyərinin 10 faizi qədərdir və bundan əlavə, 100 manat da əməliyyat haqqı hesablanılıb. Mərkəzi Bankın rəsmi məzənnəsini 1 dollar = 1,70 AZN qəbul edək. Verilən göstəricilər əsasında idxal zamanı ƏDV-nin hesablanmasına baxaq:
Malların gömrük dəyəri - 10 000 dollar x 1,7 = 17 000 manat;
Malların gömrük rüsümü - 17 000 manat x 10 faiz = 1700 manat;
Gömrük haqqı - 100 manat;
ƏDV hesablanacaq gömrük dəyəri - 17 000 + 1700 + 100 = 18 800 manat;
ƏDV məbləği - 18 800 x 18 faiz = 3384 AZN.
Ümid edirik ki, idxal zamanı ƏDV-nin hesablanmasını sadə şəkildə izah edə bildik. Bir məsələni də qeyd edək ki, əgər idxal olunan mal aksiz vergisinə də cəlb olunursa, həmin məbləğ də ƏDV hesablanacaq dəyərə əlavə ediləcək. Sonda bildirək ki, idxal zamanı ƏDV-nin hesablanması Vergi Məcəlləsi ilə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2012- ci il tarixli, 96 saylı qərarı ilə təsdiq olunmuş «Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması » Qaydasında da öz əksini tapıb. Həmin qərara əsasən, malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini — «D», aksiz vergisini — «A», gömrük rüsumlarını — «R», qüvvədə olan vergi dərəcəsini isə — «V» hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaq:
ƏDV = (D + A + R) x V/100

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

3 Komment

  1. Kenan 17 İyul 2019

    Bes fiziki şexs alirsa o zaman EDV odemelidi

  2. Sahin qedirov 17 Mart 2022

    2400 dollarlıq elektrik avtomobili getirmek isteyirem vergisi ne qeder olacaq?

  3. Bayram 18 May 2023

    Salam.nəqliyyat vasitələrinin gətirilməsində 2200 & əlavə gəlir dəyərləndirmənin üstünə bu nə dərəcədə qanuna uyğundur ?

Şərh yazın

Xəbərlər