Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən HR-lara DƏSTƏK MESAJI

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən HR-lara DƏSTƏK MESAJI

Texinki səhvlərin düzədilməsi daha da asanlaşdı

Dövlət Əmək Müfəttişliyi Xidməti texniki səhvlərin aradan qaldırılması ilə bağlı işəgötürənlərə müraciət edib: "Əmək müqaviləsinin bağlanılması, ona dəyişikliklər edilməsi və ya xitam verilməsi ilə bağlı bildirişlərin İşəgötürənlər və onların səlahiyyət verdikləri şəxslər tərəfindən elektron informasiya sisteminə daxil edilməsi zamanı bəzi hallarda texniki səhvlərə yol verilir. Bu cür texniki səhvlərə əmək müqaviləsinin bağlanma tarixinin səhv qeyd olunması, məşğulluq təsnifatı üzrə vəzifələrin düzgün seçilməməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Əmək Məcəlləsinin müvafiq maddəsinin yanlış qeyd olunması və sair bu kimi hallar daxildir.

Hazırda "Əmək müqaviləsi bildirişləri” altsistemində işəgötürənlər əmək müqaviləsi bildirişlərini sistemə daxil edilən andan etibarən 24 saat ərzində icra etmiş olduqları əməliyyatlara düzəlişlərin edilməsi və ya texniki səhvlərin aradan qaldırılması məqsədilə bildirişlərin etibarsız edilməsi imkanı ilə təmin ediliblər.

İşəgötürənlər müəyyən edilmiş müddət keçdikdən sonra Texniki səhvi müəyyən etdikdə bununla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada köməklik göstərilməsi məqsədi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlamaq hüququna malikdirlər. Müraciətində işin halları aydın və ətraflı şəkildə təsvir edilməli, məlumatların dəqiq və əsaslı əks olunmasına xüsusi diqqət yetirilməli, zəruri təsdiqedici sənədlər (əmrlər, aktlar, müqavilələr və s.) müraciətə əlavə olunmalıdır.

İşəgötürənlər texniki yardım ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]) və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavablandırılacaq."

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər