Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Məhkəmə hansı halda işəgötürənin 47-ci maddənin “f” bəndinin tətbiqi etməsini əsassız hesab edib?

  • Əsas səhifə
  • Xəbərlər
  • 0 Komment
  • 26 İyul 2023

Məhkəmə hansı halda işəgötürənin 47-ci maddənin “f” bəndinin tətbiqi etməsini əsassız hesab edib?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndi ilə bağlanan əmək müqaviləsinə xitam halları bəzi hallarda fərdi əmək mübahisələrinə gətirib çıxarır. Son vaxtlar qeyd edilən halların işçinə xeyrinə həll olunması ilə bağlı məhkəmə çəkişmələrinə tez-tez rast gəlinir. Maraqlı “case” olan bir məhkəmə işini nümunə kimi təqdim edirik.
Nümunə: İşçi 16 oktyabr 2013-cü il tarixdən 30 mart 2020-ci il tarixədək eyni dövlət qurumunda müxtəlif vəzifələrdə işləyib. İşçinin çalışdığı dövlət qurumu Prezidentin fərmanı ilə ləğv edilərək onun bazasında yeni qurum yaradılıb. İşçi öz xahişi ilə işdən azad olunub və onunla yeni yaranan qurum arasında 3 aylıq əmək müqaviləsi bağlanılıb.  Yeni işəgötürən işçi ilə əmək müqailəsini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndinə uyğun olaraq müddətli bağlayıb. 30 iyun 2020-ci il tarixində 3 aylıq əmək müqaviləsinin müddəti bitib və işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onu tutduğu vəzifədən azad edib.
İşçi məhkəmədə idda qaldırıb ki, əvvəlki dövlət qurumunda müxtəlif vəzifələrdə çalışıb, Prezidentin fərmanı ilə yaradılan yeni qurumda da oxşar vəzifələrin icrası ilə məşğul olduğundan onunla əmək müqaviləsinin müddətli bağlanılması üçün hər hansı əsaslı səbəb yoxdur.
Məhkəmə hesab edib ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi, çünki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, bu halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. 
Məhkəmənin yanaşmasına görə, işəgötürən əmək müqaviləsinin müddətli bağlanmasını qarşılıqlı razılıq olduğu üçün qanunauyğun hesab etsə də, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. Məhkəmənin “Razılıq” anlayışına yanaşması da maraqlıdır: “Razılıq deyiləndə iradə ifadəsi başa düşülür. İradə isə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (3 aya) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi də yoxdur. 47-nin “f” bəndində göstərilən qarşılıqlı razılıq mövcud deyil. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.”
Məhkəmə hesab edib ki, işçinin işi daimi olduğundan, həmçinin ləğv edilən dövlət qurumunda işçi ilə müddətsiz əmək müqaviləsi imzalandığından işçiyə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiq edilməsi qanunaziddir. 
Yuxarıda qeyd olunan səbəbdən, 47-ci maddənin “f” bəndini tətbiq edərkən həmkaralarımıza diqqətli olmağı məsləhət görürürük ki, sonradan fərdi əmək mübahisələrinə səbəbiyyət verməsinlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    22 İyun 202609:05

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

    Populyar məqalələr

    01 İyun 202608:39

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

    26 May 202610:26

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT

    03 İyun 202608:31

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ)

    03 İyun 202608:55

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    Məqalələr

    Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.

    • 04 İyun 2026

    Məqalələr

    Müavinətlə bağlı Nazirlər Kabinetinin 31 nömrəli qərarı ilə bağlı yeni dəyişiklik: tətbiq tarixi rəsmiləşdirildi? (YENİ).

    • 04 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur