Hansı aviaşirkətlər birgə endirim kampaniyasına başlayıb?

Hansı aviaşirkətlər birgə endirim kampaniyasına başlayıb?

"Azərbaycan Hava Yolları" (AZAL) və Türkiyənin "Pegasus Airlines" aviaşirkətləri Avropa və Türkiyəyə aviabiletlərə birgə endirim kampaniyası keçirir.

AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, endirim aksiyası Almaniya, İsveçrə, Niderland və İsveç kimi ölkələrin şəhərlərinə uçuşları əhatə edir.

Belə ki, aviabiletlər Ştutqart və Kölnə 330 avrodan, Amsterdam, Stokholm, Bazel, Kopenhagen, Sürix, Münhen, Berlin və Düsseldorfa 340 avrodan, Türkiyənin 15 şəhərinə isə 290 avrodan başlayır.

 

Mənbə: trend.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər