Qanuna əsasən, kimlər Ali məktəblərə imtahansız qəbul edilir və onlar hansı sənədləri təqdim etməlidir?

Qanuna əsasən, kimlər Ali məktəblərə imtahansız qəbul edilir və onlar hansı sənədləri təqdim etməlidir?

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. TQDK-nın Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri aprelin 16-dan mayın 18-ə qədər TQDK-ya və ya qurumun regional bölməsinə Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəkidə yerləşən regional bölmələrinə təqdim etməlidirlər:

1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti;

2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə).

0 Komment

    Şərh yazın

    Xəbərlər