Cümə axşamı, 15 Fevral 2018 13:12

Mart ayında cəmi necə gün iş günü olacaq?

Qadınlar günü və Novruz Bayramı hesabına mart ayının təxminən yarısında Evdəyik:)
 
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.  Əmək Məcəlləsinə uyğun, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir. Bundan əlavə,  Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. 
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq. Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür. 
Beləliklə, 5 günlük iş  həftəsi üzrə, mart ayında cəmi 16 iş günü və 126 saat iş norması olacaq. 
 

Şərh yazın