Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.
✔ Təlim ödənişlidir. 20 saatliq təlimin ödənişi 200 azn olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
"Busienss Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.
✔ Dərs Cədvəli
28 Fevral (3-cü gün) 19:00 - 21:15 (2 saat)
2 Mart (5-ci gün) 19:00 - 21:15 (2 saat)
7 Mart (3-cü gün) 19:00 - 21:15 (2 saat)
9 Mart (5-cü gün) 19:00 - 21:15 (2 saat)
14 Mart (3-cü gün) 19:00 - 21:15 (2 saat)
16 Mart (5-ci gün) 19:00 - 21:15 (2 saat)
28 Mart (3-cü gün) 19:00 - 21:15 (2 saat)
30 Mart (5-ci gün) 19:00 - 21:15 (2 saat)
4 Aprel (3-cü gün) 19:00 - 21:15 (2 saat)
Bu təlimlə siz əmək haqqı hesablanmasına aid Azərbaycan Respublikasının qanunvericilik aktları ilə yaxından tanış ola, müxtəlif növ hesab əməliyyatları, məsələn aylıq əmək haqqının, əmək məzuniyyətinin, ezamiyyətin, sosial müavinətlərin və digər ödənişlərin hesablamasını həyata keçirə biləcəksiniz. Bu təlim əmək haqqı mütəxəssisi kimi yetişmənizdə və inkişaf etmənizdə mühüm rol oynayacaqdır. Təlim materialları əmək haqqı ilə əlaqəli işlərinizdə bələdçilik edəcək, təlimin praktiki əhəmiyyətini işinizdə aydın şəkildə görəcəksiniz.
✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.