Çərşənbə, 07 Fevral 2018 11:57

ƏMƏK MƏCƏLLƏSİNƏ təklif edilən DÜŞÜNDÜRÜCÜ DƏYİŞİKLİK

Məcəlləyə təklif edilən dəyişikliklər ... hərbi vəziyyətlə bağlıdır
 
Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub.
Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 32-ci maddəsinin 4-cü hissəsinə “fəaliyyətinə xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözləri əlavə edilsin.
-------------------------------------------------------------------------------------------

Maddə 32. Kollektiv müqavilənin qüvvəsi

4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
-------------------------------------------------------------------------------------------
Həmçinin təklif edilir ki, 99-cu maddənin 2-ci hissəsinə “habelə” sözündən əvvəl “hərbi xidmət rejiminin təmin edilməsi” sözləri yazılsın.
-------------------------------------------------------------------------------------------
Maddə 99. İş vaxtından artıq iş

2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

-------------------------------------------------------------------------------------------
Eyni zamanda təklif olunur ki, Məcəllənin 134-cü maddəsinə yeni məzmunda 6-cı hissə - “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” hissəsi əlavə edilsin.
---------------------------------------------------------------------------------------------------------   
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
---------------------------------------------------------------------------------------------------------
Təklif olunan dəyişikliklərdən göründüyü kimi, hərbi vəziyyət dövründə işçilərin artıq işlərə cəlb olunması və əmək məzuniyyətin başqa vaxta keçirilməsinə Əmək Məcəlləsi ilə tənzimlənir.
---------------------------------------------------------------------------------------------------------   
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda   
 
Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.   
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.       
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

Şərh yazın