Gözəl şəhərimiz olan Gəncədə HR işləmək istəyənlər üçün ŞANS

Gözəl şəhərimiz olan Gəncədə HR işləmək istəyənlər üçün ŞANS

İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək lazımdır
 
JOB TITLE: İnsan resurslarının idarəolunması şöbəsi, baş mütəxəssis (Gəncə şəhəri)
EMPLOYER: İstehsalat Şirkəti
PUBLISHED: 2018-01-29
DEADLINE: 2018-02-28
 
Vakansiyanın adı: İnsan resurslarının idarəolunması şöbəsi, baş mütəxəssis
 
İş yeri: Gəncə şəhəri
 
Əsas vəzifə və öhdəliklər:
 
• İşçilərin işə davamiyyətinə nəzarət etmək;
• Struktur bölmələr üzrə davamiyyət tabellərinin doldurulub təsdiqlənməsi və İnsan resurslarının idarəedilməsi şöbəsinə təqdim edilməsinə nəzarət etmək;
• İşçilərin gündəlik qidalanma ilə təmin edilməsinə nəzarət və qeydiyyatını aparmaq;
• İnsan resurslarının idarəedilməsi üzrə müvafiq qeydiyyatların aparılmasını təşkil etmək;
• Yeni işə qəbul olunmuş işçilərə uyğunlaşma təliminin keçirilməsini təmin etmək;
• İş üçün müraciət edən vətəndaşların müraciətlərinə baxılmasını təmin etmək və İşə qəbul sisteminə əsasən namizədlərlə ilkin müsahibələri təşkil etmək;
• İşçi müraciətlərinə qanunvericilik əsasında baxmaq və tədbirlər görmək;
• İşçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyyatını təmin etmək;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək.
 
Tələb olunan bilik, bacarıq və səriştələr:
 
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri arzuolunandır; 
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
 
Tələb olunan təhsil və iş təcrübəsi:
 
• İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
• Müvafiq və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi.
 
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "İnsan resurslarının idarəolunması şöbəsinin baş mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər