İşəgötürən hansı halda işçinin nəticələri zəif olduğu üçün onun əmək müqaviləsinə xitam verə bilər?

İşəgötürən hansı halda işçinin nəticələri zəif olduğu üçün onun əmək müqaviləsinə xitam verə bilər?

Satışı  yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 75-ci, “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” maddəsinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 
Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:
a) tərəflərin qarşılıqlı razılığı
İşəgötürənin işçi ilə bağladığı əmək müqaviləsində qeyd olunur ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt ləğv edilə bilər. Bu halda müqavilənin müddətli və ya müddətsiz bağlanmasının tərəflərin qarşılıqlı razılığı əsasında ləğvinə təsiri yoxdur. 

Mİsal 1. İşəgötürən və mühasib vəzifəsində çalışan işçi müddətsiz bağlanmış əmək müqaviləsinin 3-cü ayında razılığa gəlirlər ki, əmək müqaviləsinə xitam versinlər. Əmək müqaviləsinə belə bir bənd salınır ki, mühasib Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə iş vizası üçün dövri olaraq müraciət edir, əgər nə vaxtsa, onun müraciətinə müsbət cavab verilsə, viza təqdim olunduğu gündən sonrakı iş günündə əmək müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunacaq.  
Mİsal 2. İşəgötürən və marketinq meneceri müddətsiz əmək müqaviləsi imzalayırlar. İşəgötürən bildirir ki, işçi yeni məhsul brendinin reklamı ilə məşğul olacaq və əgər reklam nəticəsində məhsulların satışı 3 ay ərzində X manatı keçməsə, 4-cü ayın ilk iş günündə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam veriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər