Məzuniyyətin hesablanması necə həyata keçirilir? (3 MİSALLA İZAH)

Məzuniyyətin hesablanması necə həyata keçirilir? (3 MİSALLA İZAH)

Satışı uğurla davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 140-cı, “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Maddədən göründüyü kimi, məzuniyyət haqqının hesablanması zamanı işçinin öncəki 12 təqvim ayı üzrə orta əmək haqqını nəzərə almalıyıq. Maddədə, həmçinin qeyd edilir ki, məzuniyyət haqqının hesablanması zamanı işçinin birinci, ikinci və ya daha çox iş ili olmasının hesablamaya hər hansı təsiri yoxdur.
Maraqlıdır ki, işçi 12 aydan az işlədikdə, məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir.

Mİsal 1. 1 mart 2021-ci il tarixdə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci il tarixdə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (01 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.
Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, hesablama zamanı yenə də 12 ay əsas götürülür.

Mİsal 2. İşçi 1 sentyabr 2020-ci il tarixdə işə qəbul olunub. 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.
İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar olaraq əmək fəaliyyətinin olmamasına baxmayaraq məzuniyyət haqqı hesablanan zaman cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.

Mİsal 3. 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci il tarixdə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2021-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əmək haqqı aşağı məbləğdə nəzərə alınacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

 
 
 

1 Komment

  1. Elçin 21 Fevral 2023

    Misal 3-də "2021-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək" yazılmalıdır.

Şərh yazın

Xəbərlər