17 iyul 2021-ci il tarixdə yəni şənbə günündə gündəlik iş saatı bir saat qisaldılmalıdır?

17 iyul 2021-ci il tarixdə yəni şənbə günündə gündəlik iş saatı bir saat qisaldılmalıdır?

Mks.az saytının ekspertləri bu məsələyə aydınlıq gətiriblər

Xəbər verdiyimiz ki, Nazirlik Kabinetinin 1 iyul 2021-ci il, 194 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.  Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il tarixli, 483 saylı qərarı ilə 2021-ci ilin iyul ayının 20 və 21-I tarixləri Qurban bayramı günləri müəyyən edilib.  Bu səbəbdən də, beşgünlük iş rejimində 18,19, 20 və 21 iyul 2021-ci il tarixləri qeyri-iş günləri hesab edilir.

Həmkarlarımızdan daxil olan suallardan biri odur ki,  beşgünlük iş rejimində sabah yəni 17 iyul 2021-ci il tarixində iş gününün müddəti bir saat azadılmalıdır yoxsa normal iş vaxtı nəzərə alınmalıdır.  Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.  Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 19 iyul 2021-ci il tarixi bayram günündən öncə olduğu üçün iş saatının müddəti bir saat azadılmalı idi. Bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən istehsalat təqvimində 20 iş günü üzrə aylıq iş vaxtı norması 160 saat yox 159 saat kimi qeyd edilib.

Artıq Nazirlər Kabinetinin 194 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcılığını təmin etmək məqsədilə 19 iyul 2021-ci il tarixi qeyri-iş günü hesab edilib. Qərarın tələblərinə əsasən, 19 iyul 2021-ci il tarixli iş günün əvəzinə 17 iyul 2021-ci il tarixi iş günü kimi müəyyən edilib. Qərardan göründüyü kimi iş və istirahət günlərinin yeri dəyişdirildiyi üçün sabah yəni şənbə  günü gündəlik iş saatının müddəti də bir saat qısaldılmalıdır. Çünki, 19 iyul 2021-ci il tarixi ilə bağlı tələblər 17 iyul 2021-ci il tarixinə şamil edilir. Beləliklə, işəgötürən 17 iyul 2021-ci il tarixi üçün tabel uçotunda iş saatının müddətini bir saat az qeyd etməli və aylıq iş vaxtı normasının 159 saat olmasını təmin etməlidir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər