Əlaqə

050-368-12-72

Bizə yazın

[email protected]

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    [email protected]

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

DİQQƏT! Sahibkarlıq sahəsində aparılan yoxlamalarin tənzimlənməsində YENİ DƏYİŞİKLİK

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 04 May 2023

DİQQƏT! Sahibkarlıq sahəsində aparılan yoxlamalarin tənzimlənməsində YENİ DƏYİŞİKLİK

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Milli Məclisin iqtisadi siyasə və sahibkarlıq komitəsində müzakirə edilən Qanuna nəzərdə tutulan əsas  dəyişikliklər yoxlayıcı qurumların məsuliyyətinin artırılması, yoxlama prosesinin daha dəqiq idarə olunması,  sahibkarların və yoxlayacaların və sahibkarların hüquq və vəzifələrinin müəyyən edilməsinə aiddir.

Beləliklə, layihədə aşağıdakı dəyişikliklər nəzərdə tutulur:

1. Layihənin 1.1-ci maddəsində “Yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki,  yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın.

2. Layihənin 1.3-cü maddəsində "Risklərin idarə olunması" anlayışı, onun strukturu, 8-ci maddəsində isə struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək.

3. İlk dəfə olaraq layihənin 4-cü maddəsində yoxlayıcı qurumun və sahibkarın hüquq və vəzifələri müfəssəl formada (Fəsil 1-1) verilib. Yoxlama prosesi ilə bağlı bütün məsələlər bu Qanunun predmeti olduğundan, yoxlama prosedurunun iştirakçılarının hüquq və vəzifələri digər hüquqi aktlarda əks olunmayıb. İlk dəfə olaraq, bu Qanun layihəsində təklif olunur;

4. Layihənin 5-ci maddəsi ilə qanuna yoxlayıcı qurumun etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar (Maddə 6-1. və 6-2) daxil edilir. Həmin müddəalarla yoxlayıcı orqanlara dair tələblər müəyyən edilib.

5. Layihənin 6.1-ci maddəsi ilə dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Dəyişiklik yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.

6. Layihənin 6.2-ci maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin 7.5-ci maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir.

7. Layihənin 7-ci və 10.2-ci maddələrində əks olunmuş dəyişikliklər yoxlayıcı orqanın sahibkarlara məsləhət göstərməsi üzrə fəaliyyətinin keyfiyyətini artırır.

8. Layihənin 10.1-ci maddəsində əks olunmuş müddəa yoxlayıcı orqanının illik hesabatının daha da müfəssəl və ətraflı olmasına xidmət edir.

9. Layihənin 11-ci və 14.2-ci maddələrində nəzərdə tutulan təkliflər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin  və şəffaflığın artmasına xidmət edir.

10. Layihənin 15-ci maddəsində nəzərdə tutulan əlavələr yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.

11. Layihənin 16-cı maddəsində nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması kimi məsələlər öz əksini tapır. Bu da yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət etməlidir.

12. Layihənin 17-cı maddəsində nəzərdə tutulan əlavədə yoxlayıcının eyniləşdirmə imkanı artırılır (xidməti vəsiqəsi ilə birgə şəxsiyyət vəsiqəsinin də təqdim edilməsi).

13. Layihənin 19-cü maddəsi ilə nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

14. Layihənin 22-ci maddəsində nəzərdə tutulan əlavə ilə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsinin yoxlanılması üçün şərt daxil edilir. Hal-hazırda bu cür yoxlamanın keçirilməsi tələbi  ümumi qaydada bütün hallara şamil olunur. 

15. Layihənin 24-cü maddəsində nəzərdə tutulan dəyişikliklər yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydasını dəqiqləşdirir. Belə ki, təklifə əsasən qərarları və hərəkətləri  barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayətlə müraciət edə bilərlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    09 Dekabr 202311:13

    Nazirlər Kabineti 2024-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixlərini açıqladı

    09 Dekabr 202311:05

    RƏSMİ! Nazirlər Kabineti yeni il bayramı ilə bağlı iş və istirahət günlərinin yerini dəyişdirdi

    08 Dekabr 202309:57

    Təmir xərcləri gəlirdən hansı halda tam məbləğdə çıxılır?

    Populyar məqalələr

    16 Noyabr 202309:31

    PMS Sertifikatı II mərhələsinin imtahan sualları üzrə 10 ballıq gəlir vergisi ilə bağlı misalın həlli

    13 Noyabr 202308:40

    Əlavə dəyər vergisi üzrə 10 ballıq tapşırığın İZAHLI həll qaydası

    14 Noyabr 202310:03

    Əmək haqqı üzrə gəlir vergisinin hesablanması ilə bağlı 10 ballı tapşırığın izahı

    06 Dekabr 202313:21

    Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin bölmələr üzrə müqayisəsi (FAYL formasında)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    Nazirlər Kabineti 2024-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixlərini açıqladı.

    • 09 Dekabr 2023

    Sosial

    RƏSMİ! Nazirlər Kabineti yeni il bayramı ilə bağlı iş və istirahət günlərinin yerini dəyişdirdi.

    • 09 Dekabr 2023

    Xəbərlər

    Təmir xərcləri gəlirdən hansı halda tam məbləğdə çıxılır?.

    • 08 Dekabr 2023

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: Əsas vəsait hesab olunmayan torpaqlara görə vergi hesablanmalıdırmı?.

    • 07 Dekabr 2023

    Sosial

    2024-cü ilin fevralın 7-si (çərşənbə günü) qeyri-iş günü olacaq.

    • 07 Dekabr 2023

    Vergi işi

    189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələbinə görə ... 8 il 1 ay həbs.

    • 06 Dekabr 2023

    Vergi işi

    Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin bölmələr üzrə müqayisəsi (FAYL formasında).

    • 06 Dekabr 2023

    Sual-cavab

    Fiziki şəxs təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? .

    • 06 Dekabr 2023

    Təlimlər

    "Əmək münasibətləri: Miflər və həqiqətlər" mövzusunda təlimdə Əmək məzuniyyəti üzrə müzakirə olunacaq 5 hal.

    • 06 Dekabr 2023

    Sual-cavab

    Vətəndaşdan alış aktı olmadan əldə edilən nəqliyyat vasitəsini balansda qeyd etmək olar?.

    • 05 Dekabr 2023

    Vergi işi

    Samirə Musayeva: "Sahibkarların daha şəffaf şəkildə fəaliyyət göstərməsi üçün divident siyasətində dəyişiklik təklif edilib".

    • 05 Dekabr 2023

    Sual-cavab

    Uçotda olmayan mallar rəsmi qaydada satılması halında hər hansı məsuliyyət yaranır?.

    • 04 Dekabr 2023

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur