Peşəkar mühasib sertifikatı imtahanının iştirakçısından 5 VACİB QEYD

Peşəkar mühasib sertifikatı imtahanının iştirakçısından 5 VACİB QEYD

Xəbər verdiyimiz ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 noyabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. İmtahanda iştirak etmiş həmkarımızın bəzi vacib qeydlərini diqqətinizə çatdırırıq:

1) İmtahandan yüksək nəticə qazanmaq üçün mütləq mühasibat uçotu ilə bağlı standartlarla işləmək, onu dərindən öyrənmək lazımdır.
Mühasibatlıq sahəsindəki çoxillik təcrübənizə arxayın olmayın, bu, imtahanda sualları cavablandırmaq üçün kifayət etməyəcək.
2) Suallar vergi orqanlarına qəbul imtahanlarında olduğu kimi çaşdırıcı formada hazırlanmayıb.
Sualların tərtibində diqqəti əsas məsələdən yayındıracaq hər hansı vasitədən, gərəksiz verilənlərdən istifadə olunmadığından, məsələni həll etmək üçün mətnindəki bütün göstəricilərdən faydalana bilirsən.
3) Beynəlxalq standartlara aid suallara nümunə kimi konsolidasiya, nağd pulun hərəkət (Cash flow) və maliyyə alətlərinə aid olanları qeyd etmək olar.

4) Bəlkə də peşəkar mühasib sertifikatı ilə bağlı ilk imtahan olduğundan, iştirakçı cəlb etmək məqsədilə suallar nisbətən asan hazırlanmışdı. Mühasibatlıq sahəsində yetərli təcrübəsi olan və standartlardan orta səviyyədə anlayışı olan iştirakçıların növbəti mərhələyə keçmək üçün yetərli bal toplaması mümkündür.
5) İmtahanla bağlı yeganə problem vaxt azlığıdır. Bəzi suallar məsələlərin həllini nəzərdə tutduğundan 3 saatlıq müddət kifayət etməyə bilər.

Qeyd edək ki, DİM tərəfindən 2021-ci il dekabrın 19-da peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi yenidən keçiriləcək. İmtahanlara qatılan bütün həmkarlarımıza uğurlar arzulayırıq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

2 Komment

  1. Hesen 10 Dekabr 2021

    Salam peşəkar mühasib sertifikatı imtahanına baş vurmaq üçün hansı kriteyaslar tələb olunurmu?. Yəni iş stajı və ya digər tələblər.Yəni sadəcə bu ixtisas üzrə bakalvr olmuş bir fərd bu imtahana baş vura bilər ? Zəhmət olmasa bilgi verərdiz

  2. Hesen 10 Dekabr 2021

    Salam peşəkar mühasib sertifikatı imtahanına baş vurmaq üçün hansı kriteyaslar tələb olunurmu?. Yəni iş stajı və ya digər tələblər.Yəni sadəcə bu ixtisas üzrə bakalvr olmuş bir fərd bu imtahana baş vura bilər ? Zəhmət olmasa bilgi verərdiz

Şərh yazın

Xəbərlər