Cümə axşamı, 24 Noyabr 2022 07:53

Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə hansı halda 75 faizlik güzəştin tətbiq edilməyə bilər? (3 MİSALLA İZAH)

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Vergi ödəyicilərini maraqlandıran əsas məsələ xidmət sahəsi üzrə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəştin tətbiq edilməsi ilə bağlıdır.

Mİsal 3.  Fərdi sahibkarın saytı var və əsas gəlirləri vergi ödəyicilərindən gələn reklam əsasında formalaşır. Gəlirləri vergi ödəyicilərindən daxilolmalardan formalaşdığı üçün gəlir vergisi ödəyicisi olan fərdi sahibkarın 2022-ci il üzrə gəlirləri 30 000 manat olub. Vergi ödəyicisinin xərcləri fərdi sahibkara hesablanan sosial sığorta ayırması və icbari tibbi sığorta məbləğləri ilə yanaşı, bank və nağdlaşdırmaya görə 1 faizlik sadələşdirilmiş vergidən ibarətdir. Bu halda vergi orqanı tərəfindən digər xərclərin uçotunun aparılması tələb edilə bilər? Misal üçün, vergi orqanı fərdi sahibkarın istifadə etdiyi kompüterin mədaxil sənədini və ya istifadə etdiyi (çalışdığı) obyektin uçota qoyulmasını tələb edə bilər. Hesab edirik ki, vergi orqanı xidmət göstərən şəxslər üzrə xərclərin uçotu ilə bağlı belə xırdalıqlara getməyəcək, amma vergi ödəyicisi güzəştin ləğv olunmaması üçün xərclərinin düzgün uçotunu aparmalıdır.

Mİsal 4.  Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisi 2022-ci il üzrə gəlirlərinin 40 000 manat olmasını bəyan edib. Vergi orqanı vergi ödəyicisinin bank hesabları üzrə mədaxilini araşdırarkən aşkar edib ki, mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin gəlirləri 55 000 manat olsa da, təqdim etdiyi cari vergi ödəmələri haqqında arayış və ya bəyannamədə gəlirlərini azaldıb. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəşti tətbiq olunmaya bilər.

Mİsal 5.  İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən fərdi sahibkarın 2022-ci ildə gəlirləri 80 000 manat olub. Vergi orqanının araşdırması zamanı məlum olub ki, vergi ödəyicisi qarşı tərəflə müqaviləsinə əsasən, server avandanlıqlarının satışını həyata keçirib. Fərdi sahibkar bildirir ki, həmin server avadanlıqlarını ölkəyə sahibkar yox, vətəndaş kimi idxal edib və ya vaxtı ilə başqa vergi ödəyicisindən alıb. Bu halda vergi orqanı təqdim edilən server avandanlıqlarının mədaxil sənədi olmadığı üçün fərdi sahibkara Vergi Məcəlləsinin 102.1.30-cü maddəsindəki 75 faizlik güzəşt tətbiq etməyə bilər.

                Sonda bir məsələni bildirək ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, cari vergi ödəmələrinin hesablanması haqqında arayış üzrə kameral vergi yoxlaması həyata keçiriləcək. Mümkündür ki, vergi orqanı vergi ödəyicisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayışa kameral vergi yoxlaması həyata keçirdiyi üçün ilin sonundakı gəlir bəyannaməsini gözləmədən, rüb(lər) ərzində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəki 75 faizlik güzəştin tətbiqinə icazə verməsin.

Sonda bir məqamı da bildirək ki, bəzi mütəxəssislər mikro sahibkarlıq subyektləri üçün gəlir və xərcin uçotu üçün Maliyyə Nazirliyinin Kollegiyasının 03.02.2016-cı il tarixli Qərarı ilə qəbul edilmiş “Mikro sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları”nı da qeyd edrlər. Amma təcrübədə vergi orqanı tərəfindən güzəştin tətbiq zamanı mikro sahibkarlıq subyektlərində uçotun aparılmasını tənzimləyən qaydanın tətbiqinin yoxlanılıb-yoxlanılmamasına dair konkret fikir bildirmək olmur.

Şərh yazın