Satışda olan nəşrimiz: Vergi uçotu: A-dan Z-yə

Satışda olan nəşrimiz: Vergi uçotu: A-dan Z-yə

VII nəşr “Vergi uçotu A-dan Z-yə” kitabının strukturunda köklü dəyişkilik aparılıb, yeni bölmələr əlavə olunub, uyğun bölmələr birləşdirilib. Nəşr vergi ödəyicilərinin vergi uçotu sahəsində praktiki biliklərə yiyələnməsi baxımından daha səmərəli qurulub, mövzular əhəmiyyətlilik dərəcəsinə görə sıralanıb. 
Kitab mənfəət (gəlir) vergisi, əlavə dəyər vergisi, istehsalat, ticarət, ictimai iaşə və xidmət sahəsində gəlirlərin və xərclərin uçotu, gəlirdən çıxılan və çıxılmayan xərclər, nağd pul vəsaitlərinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası, idxal-ixrac əməliyyatlarının uçotu, təsisçilərlə hesablaşmalar, sadələşdirilmiş vergi, elektron qaimə-faktura, muzdlu işlə bağlı ödəmə mənbəyində vergi öhdəliyi və güzəştlər, sosial öhdəliklər, nağdsız əməliyyatlar, ezamiyyə kimi aktual və praktiki baxımdan daha çox vergi ödəyicisini əhatə edən mövzulardan tərtib olunub.
Mənfəət (gəlir) vergisi bəyannaməsinin doldurulması yeni misalların və genişləndirilmiş izahların köməyi ilə həyata keçirilib. VII nəşrdə təqdim olunan hesabat və bəyannamə formalarının doldurulması məsələsinə vergi ödəyicilərinin (oxucuların) istəklərinə uyğun olaraq daha məsuliyyətli yanaşılıb, misal və nümunələrin və doldurulmuş praktiki formaların sayları artırılıb.
“Vergi Uçotu A-dan Z-yə” kitabının 7-ci təkmilləşdirilmiş nəşri hər şeydən əvvəl praktiki vəsaitdir. Kitabda 600-ə yaxın praktiki misal var, Vergi Məcəlləsinin müvafiq maddələrinin daha dərindən anlaşılıb yaddaşlarda möhkəmlənməsi üçün müəllif, demək olar ki, hər bir məsələni misal və nümunələrin köməyi ilə şərh edib.
Kitab məzmunca praktiki bilikləri ehtiva edən, həmkarlarımızın vergi uçotu sahəsindəki işini yüngülləşdirməyi hədəfləyən bir nəşrdir. Kitabda materialların sual-cavab şəklində təqdim olunması isə axtarılan sualın cavabının asanlıqla tapılması, vaxt itkisinə yol verilməməsi, kitabın rəvan oxunması səbəbindəndir. Bütövlükdə isə, hər bölmənin materialı əhatə etdiyi mövzunun izahı baxımından bitkin bir mətndir. Nəşrdə vergi uçotunun sadə şəkildə təqdim olunması üçün müxtəlif alətlərdən - misallardan, nümunələrdən və cədvəllərdən istifadə olunub. Bütün bunlar mövzunun daha rahat qəbul edilməsi, bu günədək mürəkkəb və qəliz ifadələrlə izahına vərdiş etdiyimiz məsələlərin ümumişlək dilə gətirilməsinə çalışan kitab müəllifinin gərgin axtarışlarının bəhrəsidir.
Həmişə olduğu kimi kitabın üzərində xüsusi proqram təminatı əsasında hazırlanmış, mətndə və başlıqda söz, ifadə və cümlə axtarışına imkan verən, qanunvericilik aktlarının qanunlar, məcəllələr, fərmanlar, qaydalar, sərəncamlar şəklində qruplaşdırılmasına imkan verən, vergi uçotunun aparılması üçün zəruri olan normativ hüquqi aktların toplandığı CD disk də yerləşdirilib.
Kitabla bağlı dəyərli rəy, təklif və iradlarınızı səbrsizliklə gözləyirik. Bizimlə aşağıdakı vasitələrdən istifadə etməklə əlaqə yarada bilərsiniz:
(012) 564 86 85,
(050) 368 12 72,
[email protected],
https://www.facebook.com/Monitor-Konsaltinq-218420374862224/

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər