Cümə axşamı, 01 Fevral 2018 10:42

İşə qəbul zamanı ərizənin olmamasına görə CƏRİMƏ HESABLANIR?

Bu məsələ ilə bağlı qanunvericilikdə mütləq tələb var?

Sual:  İşçi işə götürülən zaman çox vaxt ərizə ilə müraciət edir. Ərizənin təqdim olunması mütləqdirmi? Həmçinin, yoxlamaya gələn bəzi orqanların vəzifəli şəxsləri iddia edirlər ki, hökmən ərizə və işçinin işə qəbul olunması haqqında əmr tərtib olunmalıdır. 

Cavab: Qeyd edək ki, işçinin işə qəbul zamanı ərizə yazması Əmək Məcəlləsində nəzərdə tutulmayıb, eyni zamanda belə bir sənədin olmasına qadağa da qoyulmayıb.


Əmək Məcəlləsinin 81-ci maddəsində (Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi) yazılır:
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Maddədən də göründüyü kimi əmək müqaviləsi ali sənəd hesab olunur və əmr, sərəncam, qərar müqavilə bağlanılmamış verilə bilməz. Amma ərizənin yazılması haqqında heç bir məhdudiyyət qoyulmayıb. Odur ki, kargüzarlıq baxımından işçinin işə qəbulu zamanı ərizənin yazılması qəbul olunandır.

----------------------------------------------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.   Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

Şərh yazın