Ümumi vəzifə öhdəlikləri:
• Bankın daxili sənəd dövriyyəsinin tənzimlənməsində əməkdaşlara dəstək vermək;
• Zərurət yarandığı halda bankın rəhbər şəxslərinin qonaqlarının qarşılanması və yola salınmasını təmin etmək;
• Ali idarəetmə orqanlarının iclaslarının təşkilində əməkdaşlara dəstək vermək;
• Filial şəbəkəsinin idarəolunması ilə bağlı sorğuların aparılması və məlumatların toplanmasını təmin etmək;
• Bankdan kənar müxtəlif dövlət qurumları və maliyyə nəzarəti orqanlarının təşkil etdiyi iclas və tədbirlərdən gələn dəvətləri izləmək və onların istiqamətləndirilməsində əməkdaşlara dəstək vermək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət bacarığı;
• Dəqiqlik və səliqəlilik;
• Komandada işləmək bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 may 2018-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təcrübə Proqramı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.