Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Aktın tərtib olunmasında diqqət yetiriləsi VACİB MƏQAMLAR

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 16 Avqust 2023

Aktın tərtib olunmasında diqqət yetiriləsi VACİB MƏQAMLAR

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Unutmayın:
-    İstənilən akt 2 və daha çox şəxs tərəfindən imzalanmalıdır;
-    Əgər akt üçün qanunvericilikdə xüsusi forma nəzərdə tutulmuşsa, mütləq həmin formada tərtib olunmalıdır. Bütün digər aktlar təşkilatın blankında rəsmiləşdirilir;
-    Aktın tarixi onun tərtib olunduğu tarixdir. Əgər aktın tərtib olunmasından əvvəl işlər görülmüşsə, (bu, inventarizasiya, avadanlıqların sınaqdan keçirilməsi və sair üçün xarakterikdir) o zaman aktın mətnində bu period göstərilməlidir;
-    Aktın başlığı “nə haqqında?” və “nə?” suallarına cavab verə bilər. Məsələn, “Materialların silinməsi haqqında akt” və yaxud “Yerinə yetirilmiş işlərin qəbulu aktı” və sair;
-    Aktın mətni onun tərtib olunması əsasının göstərilməsi ilə başlanılır. Bu əsas müqavilə, əmr, hansısa normativ sənəd ola bilər;
-    Aktın girişində komissiyanın üzvləri və ya aktın tərtib olunmasında iştirak edənlər sadalanmalı, sədr ayrıca qeyd olunmalıdır. Komissiya üzvlәri vәzifәlәri göstәrilmәklə sadalanır;
-    Aktın mətnində aktın tərtib olunmasına əsas verən situasiyanın, faktın inkişafı əks etdirilməli, sonda nəticələr çıxarılmalıdır;
-    Aktın mətninin cədvəl şəklində verilməsinə, mətnin abzas və punktlara ayrılmasına icazə verilir. Yaxşı olar ki, aktların tərtibi zamanı “biz, aşağıda imza edənlər”, “hazırki aktı ona görə tərtib etdik ki” kimi köhnəlmiş  ifadə vasitələrindən qaçasınız.
-    Aktın nüsxələrinin sayı əgər normativ sənəddə təsbit edilməmişsə, o zaman maraqlı tərəflərin sayı ilə müəyyən edilir; 
-    Əgər akta əlavə nəzərdə tutulmuşsa (çox rast gəlinməsə də, mümkün variantdır), bu barədə qeyd imzadan əvvəl yazılır.
-    Aktı bütün komissiya üzvləri və ya onun tərtibində iştirak edən bütün iştirakçılar imzalamalıdırlar. Aktı imzalayanlar mәtndәki aradıcıllıqla, vəzifələr göstərilməklə verilmәlidir;
-    Əgər kimsə aktın məzmunu ilə razı deyilsə belə, o, mütləq aktı imzalamalıdır. Narazı üzv (və ya tərəf) qeydini yazıb imza atmalıdır. Komissiya üzvünün qeydi ayrıca vərəqdə yazılır və akta əlavə olunur;
-    Fəaliyyəti sənəddə əks olunan (maraqlarına toxunulan) şəxs aktla mütləq tanış edilməlidir. İmzalardan aşağıda yazılmalıdır: “Aktla tanış edildi (lər):”. Bundan sonra maraqlı tərəflərin aktla tanış olmasını sübut edən imzalar atılmalıdır;
-    Bəzi aktlar var ki, qüvvədə olan normativ sənədlərin tələblərinə görə, rəhbər tərəfindən təsdiq edilməlidir. Kargüzarlıqla bağlı normalara uyğun olaraq təsdiq qrifi aktın birinci vərəqinin sağ yuxarı küncünə yerləşdirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    06 Aprel 202622:52

    1 may tarixindən etibarən ƏMAS altsistemində sosial məzuniyyət rəsmiləşdirilmədikdə DSMF niyə ödəniş həyata keçirməyəcək?

    09 Aprel 202600:00

    Əlilliyi müəyyən edilən işçinin əmək müqaviləsinə xitam zamanı işəgötürən hansı əsaslandırmanı həyata keçirməlidir? (YENİ DƏYİŞİKLİK)

    08 Aprel 202601:29

    Vahid bəyannamədə 200 manatlıq güzəşt necə qeyd edilməlidir?

    10 Aprel 202611:31

    ƏMAS altsistemində YENİ MƏHDUDİYYƏT! Bu bildiriş formasını yükləmək artıq mümkün olmayacaq

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Təlimlər

    25 aprel 2026-cı il tarixli tematik təlimin iştirakçıları haqqında məlumat.

    • 27 Aprel 2026

    Məqalələr

    Fuad Heydərov “sonuncu əmək haqqı”nın müəyyən edilməsinə aydınlıq gətirdi (4-cü yazı).

    • 23 Aprel 2026

    Məqalələr

    "Atalıq”, təhsil və yaradıcılıq məzuniyyəti: Sonuncu əmək haqqı tətbiq olunacaq? – RƏSMİ CAVAB.

    • 22 Aprel 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı əsas tələbi açıqladı.

    • 21 Aprel 2026

    Məqalələr

    DİQQƏT: Vahid bəyannamədə işçi üzrə məlumat qeyd edilsə də, kameral uyğunsuzluq məktub göndərilir.

    • 21 Aprel 2026

    Məqalələr

    ƏMAS altsistemində işçilərin təlimatlandırmasının qeydiyyatı ilə bağlı YENİLİK.

    • 21 Aprel 2026

    Məqalələr

    Vahid bəyannamədə həyatın yığım sığortası necə göstərilməlidir?.

    • 20 Aprel 2026

    Məqalələr

    İşçiyə ezamiyyə xərcləri ödənildikdə hansı məbləğdən aşağı ödənişə qanunvericilik icazə vermir?.

    • 17 Aprel 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya vahid bəyannamədə necə əks olunmalıdır? (Misalla izah).

    • 16 Aprel 2026

    Məqalələr

    ƏMAS platformasında proaktiv hesablama ilə əlaqədar məzuniyyət əmri üzrə YENİ TƏLƏB.

    • 16 Aprel 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (MİSALLA İZAH).

    • 16 Aprel 2026

    Məqalələr

    Dövlət qurumundan ƏMAS platformasında işəgötürənlərə faydalı addım.

    • 15 Aprel 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur