Gündə 2 saatla işləyən işçinin bayram günləri və ümumxalq hüzn günü qabağı iş günü 1 saat qısadlımalıdır?

Gündə 2 saatla işləyən işçinin bayram günləri və ümumxalq hüzn günü qabağı iş günü 1 saat qısadlımalıdır?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır. 
Mİsal1. Natamam iş vaxtı tətbiq edilən işçi hər gün 5 saat işləyir. 31 dekabr 2022-ci il bayram günü olduğu üçün, 30 dekabr 2022-ci il tarixində onun iş saatı bir saat azadılmalıdır?
Əmək Məcəlləsinin 108-ci maddəsində iş vaxtının bir saat qısadılması ilə bağlı istisna Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrinə şamil edilib. Bundan əlavə, Əmək Məcəlləsinin 94-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. 
Göründüyü kimi, natamam iş vaxtı ilə işləyənlərə Əmək Məcəlləsinin 108-ci maddəsinin tələblərini tətbiq etməmək əmək qanunvericiliyinə ziddir. Sadəcə natamam iş vaxtının tətbiqi zamanı mütənasiblik prinspi  gözlənilməlidir.
Mİsal1. İşçi natamam iş vaxtı ilə 4 saat işləyir. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, 19 yanvar 2022-ci tarixi (ümumxalq hüzn günü qabağı) iş vaxtının vaxtı 1 saat azadılmalıdır. İşçi həmin gün, yəni 19 yanvar 2022-ci il tarixdə 4 saat işlədiyi üçün azalma 1 saat yox, iş saatına mütənasib olaraq 0,5 saat təşkil edəcək.
Mİsal2. İşçi natamam iş vaxtı ilə çalışdığı üçün ona 7 mart 2022-ci il tarixdə 2 saat iş vaxtı müəyyən edilib. 8 mart Beynəlxalq qadınlar günündən bir gün öncə işçiyə münasibətdə qısaldılan iş vaxtını hesablamaq üçün aşağıdakı tənasübdən istifadə edirik:
8  saat – 1 saat azalma
2 saat  - X saat azalma    
X = (2 saat x 1 saat) / 8 saat = 0.25 saat = 15 dəqiqə
Deməli, 7 mart 2022-ci il tarixdə işçinin iş vaxtı 15 dəqiqə qısaldılacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər