Əsas vəsaiti satdıqda qalıq dəyəri ilə fərq yaranarsa, hesablamalar necə olmalıdır?

Əsas vəsaiti satdıqda qalıq dəyəri ilə fərq yaranarsa, hesablamalar necə olmalıdır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinir ki, vergi ödəyicisi əsas vəsaitini qalıq dəyərindən baha və ya ucuz qiymətə satır. Bu zaman yaranan fərqlə bağlı məsələlərin necə tənzimlənməsinə baxaq.

Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Həmçinin, Vergi Məcəlləsinin 114.9-cu maddəsində qeyd edilir ki, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Daha aydın olması üçün misallara baxaq.

Mİsal 1. “A” MMC 2 000 manata kompüter alır, ilin sonunda 500 manat amortizasiya hesablandıqdan sonra həmin kompüteri digər vergi ödəyicisinə 1950 manata satır. Bu zaman yaranan 450 manatlıq fərq (2000 manat (ilkin dəyər) – 500 manat (amortizasiya məbləği)) - 1950 manat (satış dəyəri) vergi ödəyicisinin gəliri hesab olunur.

Mİsal 2. Vergi ödəyicisi həmin kompüteri 1 300 manata digər şəxsə ödəyir. Bu zaman yaranan 200 manatlıq fərq (2 000 manat (ilkin dəyər) – 500 manat (amortizasiya məbləği)) -1 300 manat (satış dəyəri) vergi ödəyicisinin gəlirindən çıxılan xərclərə aid edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər