İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah)

İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah)

Satışı davam edən "PMS Sertifikatı (II mərhələ)" (V nəşr) kitabından seçmə

Səkkizinci hal. İşəgötürənin işçiyə əməkhaqqından əlavə ödənişlər həyata keçirməsi ilə bağlıdır.
Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd edilir ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir dedikdə əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki və ya gələcək muzdlu işlə əlaqədar əldə edilən gəlirlər başa düşülür.
Bu baxımdan, işəgötürənin işçiyə təqdim etdiyi mallar, gördüyü işlər, göstərdiyi xidmətlər və ya verdiyi hədiyyələr də işçinin gəliri hesab edilir.
Misal. Vergi ödəyicisi balansında olan bazar qiyməti 1 700 manat olan kompüteri işçiyə 1 200 manata təqdim etmişdir.
Bu halda işçiyə tam məbləğ üzrə gəlir hesablanmır. İşçinin gəliri yalnız əldə etdiyi fayda qədərdir: 1700−1200=500 manat
Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə uyğun olaraq hədiyyələrin, təhsil haqlarını ödəmək üçün maddi yardımın və birdəfəlik müavinətin 2 500 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Həmçinin,  ölkə daxilində müalicə haqları üçün verilən maddi yardımın 10 000 manatadək, xaricdə müalicə haqları üçün verilən maddi yardımın 50 000 manatadək olan hissəsi vergidən azaddır.
Bir mühüm məqam ondan ibarətdir ki, təhsil və ya müalicə, o cümlədən cərrahiyyə əməliyyatı xərclərinin ödənilməsi üçün verilən maddi yardım və ya birdəfəlik müavinət yalnız həmin məbləğlərin təyinatı üzrə istifadə olunduğunu təsdiq edən sənədlər təqdim edildiyi halda vergidən azad edilir.
Misal. İşəgötürən işçiyə ölkə daxilində cərrahiyyə əməliyyatı üçün 8 000 manat maddi yardım vermişdir. İşçi isə yalnız 7 400 manatlıq təsdiqedici sənəd təqdim etmişdir.
Bu halda:
- 7 400 manat vergidən azad edilir;
- 600 manat isə ümumi qaydada gəlir vergisinə cəlb olunur.
İşçilərə verilən maddi yardımların gəlir vergisindən azad edilməsi ilə bağlı digər vacib məqam ondan ibarətdir ki, birdəfəlik müavinət işçinin aylıq gəlirinin tərkibinə daxil edilir.
Misal. İşçinin aylıq əməkhaqqı 1 800 manatdır. İşəgötürənin qərarına əsasən, işçiyə təhsil haqqının ödənilməsi üçün 1 200 manat birdəfəlik müavinət verilmişdir.
Bu halda işçinin aylıq gəliri: 1800+1200=3000 manat
Bu səbəbdən, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat güzəşt tətbiq edilmir, çünki gəlir 2 500 manatdan çoxdur.
Gəlir vergisinin hesablanması: (3000−1200)×14%=252 manat
Sonda qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində nəzərdə tutulan təhsil və müalicə xərcləri üzrə güzəştlər yalnız təsdiqedici sənədlər təqdim edildiyi halda tətbiq edilir.
İndi isə neft-qaz sektoruna aid edilməyən özəl sektor üzrə hesablamanı təqdim edək.
Misal. Bank sektorunda çalışan işçi 2 000 manat əməkhaqqı alır. 2026-cı ilin aprel ayında işçiyə təhsil xərclərinin ödənilməsi məqsədilə 2 200 manat məbləğində təsdiqedici sənəd əsasında maddi yardım verilmişdir.
Bu halda işçinin aprel ayı üzrə ümumi gəliri 4 200 manat təşkil edir.
Gəlir 2 500 manatdan çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilmir.
Eyni zamanda, 2 200 manat məbləğində maddi yardım 102.1.3.1-ci maddəyə əsasən vergidən azad edilir.
Beləliklə, gəlir vergisi: (4200−2200)×3%= 60 manat

888 səhifəlik “PMS Sertifikatı” (II mərhələ) kitabının satışı davam edir

Vergi, əmək, mülki və büdcə qanunvericiliyinə aid 1500-ə yaxın testlərlə yanaş ı, 10 ballıq suallarla bağlı 200 səhifədən çox izah təqdim olunub.

Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər