Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ)
Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə
19 may 2026-cı il tarixli dəyişikliklə Əmək Məcəlləsinin 48-ci maddəsinə əlavə edilən 5-3-cü hissəyə əsasən, həmin maddənin 5-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş sağlamlıq arayışı və 5-2-ci hissədə nəzərdə tutulmuş narkoloji müayinə rəyi olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağandır.
Bu iki sənədə aydınlıq gətirək.
Sağlamlıq arayışı. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsinə görə, işçinin səhhətinə mənfi təsir göstərən ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, eləcə də əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər. Bu peşə (vəzifə) və iş yerlərinin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahı aşağıdakı kimidir:
- Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər; qaldırıcı qurğulara xidmət göstərən işçilər.
- Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.
- Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər.
- Bütün növ yeraltı işlər.
- Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq və çöl rabitə qurğularında, çətin coğrafi-iqlim şəraitindəki işlər.
- Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarda geoloji kəşfiyyat, topoqrafik, tikinti və digər işlər.
- Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik və kimyəvi təsirlərlə bağlı bütün növ işlər.
- Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma və çiləmə işləri; bu maddələrin daşınması, yüklənməsi və boşaldılması işləri.
- Partlayıcı maddələrdən istifadə etməklə aparılan işlər; partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrindəki işlər.
- Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) iş.
- Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər.
- Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.).
- Kimya sənayesində toksiki maddələrlə təmasda olan bütün işçilər.
- Təzyiq altında olan qablara xidmət edən aparatçılar.
- Maşinist (ocaqçı), qazanxana operatorları, qaz nəzarəti xidməti işçiləri.
- Odlu silah daşımaq və istifadə etmək icazəsinə malik hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemi və digər idarə və xidmət orqanlarının işçiləri.
- Qazxilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi üzrə hərbiləşdirilmiş hissə və dəstələr, nazirlik və idarələrin hərbiləşdirilmiş dağ və dağ-xilasetmə komandaları, yanğından mühafizə xidməti işçiləri.
- 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən və həmin gərginlik altında iş aparan personal.
- Heyvandarlıq fermalarının işçiləri.
- Su kəməri qurğularına, su ehtiyat ambarlarına xidmət göstərən və bilavasitə suyun təmizlənməsində iştirak edən işçilər.
- Növündən asılı olmayaraq bütün elektrikli və avtonəqliyyat, traktor və özüyeriyən maşınların sürücüləri.
- Qida məhsulları müəssisələrinin, süd fermalarının, süd mətbəxlərinin, ərzaq baza və ambarlarının qida maddələri ilə — onların istehsalı, saxlanılması və satışı ilə — təmasda olan işçilər; həmin sahədə sanitar təmizlik və təmir işlərini yerinə yetirən işçilər; qida məhsullarının nəqliyyat vasitələrində daşınması zamanı onlarla bilavasitə təmasda olan şəxslər.
- İaşə və ticarət müəssisələrinin işçiləri, o cümlədən bütün idarələrin, nəqliyyatın bütün növlərinde və vağzallarda bufet və qida bloklarının işçiləri, nəqliyyat bələdçiləri.
- İşçiləri tibbi müayinədən keçməli olan müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsindən əvvəl və sonra texnikumların, ixtisas, ümumtəhsil, ali məktəblərin tələbələri.
- Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri.
- Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin işçiləri.
- Məktəbəqədər təhsil müəssisələrinin işçiləri.
- Müalicə-profilaktika müəssisələrində, sanatoriyalarda, istirahət evlərində, pansionatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işçilər.
- Doğum evlərinin (şöbələrin), uşaq xəstəxanalarının (şöbələrin), yenidoğulmuşların, vaxtından əvvəl doğulmuşların patologiyası şöbələrinin tibbi işçiləri.
- QİÇS xəstəliyinin diaqnostikası və müalicəsi ilə məşğul olan, bilavasitə həmin xəstələrlə təmasda olan tibb işçiləri.
- Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan aptek, əczaçılıq zavod və fabrik işçiləri.
- Kompüter operatorları və proqramçıları.
- Əhaliyə sanitar-gigiyenik və məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçılar, duş işçiləri, bərbərlər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşırxana və kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.).
- Üzgüçülük üzrə məşqçilər, təlimatçılar, müalicəvi su proseduraları ilə məşğul olan işçilər.
- Mehmanxana və yataqxanaların xadimələri, mərtəbə növbətçiləri, yataqxana komendantları.
Qərardakı siyahıda bəzi hallarda vəzifə adları, bəzi hallarda isə iş yerləri üzrə tələb müəyyən edilib. Misal üçün, kimya sənayesində toksiki maddələrlə təmasda olan bütün işçilər — bu iş yeri üzrə tələbdir. Kompüter operatorları və proqramçıları isə — vəzifə üzrə tələbdir. İşəgötürən həmin siyahıya uyğun işçilərdən işə qəbul zamanı sağlamlıq arayışı tələb etməlidir.
Mİsal. İşəgötürən avtonəqliyyat sürücüsü və mühasib işə qəbul edirsə, sürücüdən sağlamlıq arayışı tələb etməlidir; mühasibdən isə bu sənədi tələb etmək qanunazidd sayılır.
Qeyd edək ki, sağlamlıq arayışı dövlət və ya özəl tibb müəssisəsindən alına bilər — qanunvericilikdə bu barədə məhdudiyyət yoxdur. "Forma 86" adlanan tibbi arayışın dəyəri 40 manatdır. Əmək qanunvericiliyinə görə həmin xərci işçi özü ödəyir. Elektron tibbi arayış almaq üçün tibb müəssisəsinə ilkin müraciət, laborator analizlər və həkim qəbullarından keçmək tələb olunur. İşçi işəgötürənin məlumatlarını verdikdə sağlamlıq arayışı həm işəgötürənin ƏMAS altsistemində, həm də şəxsin şəxsi kabinetinde əks olunur.
Qeyd edək ki, yuxarıda təsvir edilən prosedurlar qanunvericilikdən əvvəl də mövcud idi, lakin qadağa hüquqi cəhətdən rəsmiləşdirilməmişdi. Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra bu qadağa artıq birbaşa qanunla müəyyən edildi. Eyni yanaşma narkoloji müayinə rəyinə də şamil edildi. Nazirlər Kabinetinin 145 nömrəli qərarında nəzərdə tutulmuş vəzifələr üçün həmin rəy olmadan işçinin işə qəbulu qadağan edildi.
2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir
Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.
Əmək Məcəlləsində son dəyişikliklərin izahı - 150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı - 50+ səhifə
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.
Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın