Çərşənbə, 13 Oktyabr 2021 08:50

Vergi ödəyicisinin əmlakının siyahıya alınması ardıcılığı necə həyata keçirilməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- nağd pul vəsaitləri;

- bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);

- hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;

- istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;

- inventarizasiya aparılmaqla digər əmlak. 

Maraqlı məqamlardan biri, ardıcıllıq zamanı siyahıya alınan əmlakın məbləğinin vergi borcuna olan nisbətidir.

Mİsal. Vergi ödəyicisinin 10 000 manat məbləğində vergi borcu yarandığına görə əmlakının siyahıya alınmasına qərar verilib. Vergi ödəyicisinin nağd vəsaitləri 2000 manat, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakı isə 8200 manat olub. Vergi orqanı bu halda hazır məhsulları siyahıya almayacaq. Çünki ilk siyahıya uyğun gələn əmlakın dəyəri vergi borcundan yüksəkdir.

Təbii ki, siyahıya alınmış əmlakların dəyərlərini xarakterizə edən məbləğ vergi borcundan kifayət qədər yüksək də ola bilər.

NümUnə. Vergi orqanı Bakı şəhəri, _______ ünvanında yerləşən “__________” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyətini araşdırarkən 15.482 manat məbləğində vergi borcunun yarandığını müəyyən edib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 25.200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Nümünədən göründüyü kimi, vergi borcu 15 482 manat olduğu halda siyahıya alınan əmlakın dəyəri 25 200 manatdır.

Təcrübədə rast gəlinən hallardan biri də, vergi ödəyicisinin siyahıya alanan əmlakının vergi borcundan az olmasıdır.

NümUnə.  Gəncə ___, Nizami _____, ev ____ ünvanda yerləşən, fiziki şəxs _____________________ oğluna məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 1 044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınıb.

İkinci nümunəni təqdim etməkdə məqsədimiz vergi ödəyicisinin siyahiya alınacaq əmlakının dəyərinin vergi borcundan az olduğu halda da siyahıya alınmanı həyata keçirilməsini göstərməkdir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın