Çərşənbə, 08 Sentyabr 2021 07:54

Mks.az-dan növbəti tematik təlim: Bu dəfə HR mütəxəssisləri üçün “Məzuniyyət və müavinətin hesablanmasında nəzərə alınmalı vacib məqamlar”

“Məzuniyyət və müavinətin hesablanmasında nəzərə alınmalı vacib məqamlar” mövzusunda keçirilməsi nəzərdə tutulan təlimin təqdimatında müzakirə ediləcək məsələlərin siyahısı

  • Məzuniyyət mövzusu üzrə
  • Əmək məzuniyyəti dövrünə bayram günləri təsadüf etdikdə, məzuniyyətin müddəti uzadılmalıdır, yoxsa hesablamada və müddətdə hər hansı dəyişiklik nəzərdə tutulmur?
  • Əmək məzuniyyətinin əmsallaşdırılması zamanı fərdi artım necə aparılır?
  • Əmək məzuniyyətinin əmsalaşdırılması zamanı bütün gəlirlər nəzərə alınmalıdır?
  • Müharibə iştirakçılarına və qazilərə məzuniyyət gününün müəyyən edilməsində fərqli yanaşma tətbiq edilməlidir?
  • Məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam vermək mümkündür?
  • İşçi 6 aydan çox ödənişsiz məzuniyyətdən istifadə etmək hüququna malikdir?
  • Məzuniyyətdə olan işçinin ailə üzvü COVİD-19 infeksiyasına yoluxarsa, məzuniyyət müddəti artırılmalıdır?
  • Məzuniyyətdə olan işçi vəfat etdikdə, artıq ödənilən məzuniyyət haqqı müavinətdən çıxılır?
  • İşçinin təhsil məzuniyyəti əmək məzuniyyəti dövrünə təsadüf edərsə, bu zaman onun əmək məzuniyyətindən geri qayıtmasına qanunvericilik icazə verir?
  • İş vaxtının cəmlənmiş uçotu rejimində məzuniyyət haqqı necə tənzimlənir?

 

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üzrə
  • Müavinətin hesablanması zamanı mükafat necə nəzərə alınır?
  • İşçi əlavə iş yerində çalışır və bu haqda işəgötürənə məlumat təqdim etmirsə, o zaman müavinət necə hesablanır?
  • İşçi müavinət hesablanan dövrdə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya əldə edərsə, bu gəlir müavinətin hesablanmasında necə nəzərə alınır?
  • İşçi ay ərzində əvəzetməyə və əlavə iş saatına görə əlavə əmək haqqı alarsa, bu, müvainətin hesablanması zamanı gəlirlərdə necə nəzərə alınır?
  • İşçiyə hesablanan aylıq, rüblük və illik mükafat müvainətin hesablanması zamanı gəlirlərdə necə nəzərə alınır?
  • İşçinin ailə üzvü COVİD-19 virusuna yoluxarsa, bu halda işçiyə müavinət hesablanır?
  • Əmək qabiliyyətini 14 gündən az itirən işçi ilə bağlı xəstəlik vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna göndərilməlidir?
  • Əmək qabiliyyətini 6 aydan çox itirən işçiyə əlilik statusu verilməzsə, bu halda müavinətin hesablanması necə həyata keçirilir?
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən işçiyə verilmiş maddi yardım nəzərə alınmalıdır?
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddət ərzində ödənilməlidir?

Qeyd olunanlardan əlavə, iştirakçıların mövzuya aid digər sualları da cavablandırılacaq.

 

Təlimin başlanma tarixi: 18 sentyabr 2021-ci il, saat 15:00

Təlimin bitmə vaxti: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər

Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)
Təlimçilər: Mks.az saytının eksperti, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov və əmək hüququ və kadrlarla iş sahəsində uzun müddət dövlət qurumlarında və özəl sektorda çalışmış tanınmış mütəxəssis
Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Devimizə sadiqiq: Öyrətmək savab, öyrənmək qazancdır!

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın