ƏMAS altsistemində işçilərin təlimatlandırmasının qeydiyyatı ilə bağlı YENİLİK

ƏMAS altsistemində işçilərin təlimatlandırmasının qeydiyyatı ilə bağlı YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi 21 aprel 2026‑cı il tarixində əmək qanunvericiliyində edilmiş son dəyişikliklər barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə vebinar keçirmişdir. Tədbir zamanı Əmək Məcəlləsində edilən dəyişikliklər izah olunmuş, həmçinin iştirakçıların sualları cavablandırılmışdır. 

MKS Academy olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən təşkil olunan vebinara görə təşəkkür edirik. Ümid edirik ki, bu kimi məlumatlandırıcı təlimlər gələcəkdə də davamlı şəkildə həyata keçiriləcək. Saytımızda vebinarda müzakirə olunan əsas məsələlərlə bağlı məlumatları həmkarlarımızla bölüşəcək və bu mövzular ətrafında fikir mübadiləsi aparacağıq.

Müzakirə olunan əsas məsələlərdən biri işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırmasının ƏMAS altsistemində qeydiyyata alınmaması ilə bağlı inzibati məsuliyyətin tətbiqi idi. Məlumat üçün qeyd edirik ki, Əmək Məcəlləsinin 219‑cu maddəsinə əlavə edilən 6‑cı bəndə əsasən,
zərərli və ağır istehsalatlarda fəaliyyət göstərən, habelə yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda çalışan işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən az olmayaraq, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Eyni maddədə qeyd olunur ki, işəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə,
Əmək Məcəlləsinin 7‑ci maddəsinin 2‑1‑ci hissəsi ilə müəyyən edilmiş hallarda isə xüsusi jurnallarda aparmalıdır.

Vebinar zamanı Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov məsələ ilə bağlı aydınlıq gətirərək bildirib: “Hazırda ƏMAS altsistemində işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırmasının qeydiyyatı üçün funksionallıq yaradılıb. Bu bölmə aktivləşdirildikdən sonra işəgötürənlərə rəsmi bildiriş göndəriləcək. Ona görə də hal‑hazırda işəgötürənlər tərəfindən ƏMAS altsistemində təlimatlandırmanın qeydiyyata alınmamasına görə inzibati məsuliyyət tətbiq edilmir.”

25 aprel 2026‑cı il tarixdə keçiriləcək “Əmək müqaviləsi: A‑dan Z‑yə” mövzusunda tematik təlimdə, həmçinin əmək qanunvericiliyinə edilən son dəyişikliklərin əmək müqaviləsinə təsiri haqqında məlumatlar xüsusi olaraq təqdim ediləcək. Təlimdə iştirak üçün qeydiyyat 050‑368‑12‑72 nömrəsi (WhatsApp aktivdir) vasitəsilə aparılır.

Növbəti tematik təlim 25 aprel 2026‑cı il tarixdə, saat 10:00‑da onlayn (ZOOM) formatında “Əmək müqaviləsi: A‑dan Z‑yə” mövzusunda keçiriləcək. Tematik təlimdə ştat vahidlərinin planlaşdırılması və təsdiqi, işə qəbul prosesi və qanunvericiliyə uyğun sənədləşmə, əmək müqaviləsinin bağlanması və dəyişikliklərin edilməsi, əmək münasibətlərinin xitam səbəbləri və düzgün sənədləşmə ardıcıllığı praktik misallarla izah ediləcək. Təlimdə iştirak etmək üçün 050‑368‑12‑72 nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər