Əlilliyi müəyyən edilən işçinin əmək müqaviləsinə xitam zamanı işəgötürən hansı əsaslandırmanı həyata keçirməlidir? (YENİ DƏYİŞİKLİK)
Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə
Növbəti tematik təlim 11 aprel 2026-cı il tarixdə saat 10:00-da "Məzuniyyətin uçotu və inzibati cərimələr" mövzusunda həyata keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) və mksacademy2022@gmail.com email adresslə əlaqə saxlamaq lazımdır.
Əmək Məcəlləsinin 74-cü maddəsi olan “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları” maddəsinə yeni üçüncü hissə əlavə edilib. Həmin hissədə qeyd edilir ki, bu maddənin birinci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, işəgötürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır.
Öncəki bölmədə qeyd etdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçiyə əlillik müəyyən edildiyi halda, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda işəgötürən əmək müqaviləsinə xitam verə bilər.
Fikrimizcə, dövlət qurumu tərəfindən əlilliyi müəyyən edilən hər bir işçi üzrə fərdi reabilitasiya proqramı tərtib ediləcək. Qeyd edək ki, əvvəlki əlillik sənədlərində də “əmək zəmanəti” bölməsi mövcud idi.
Misal. Dövlət qurumu tərəfindən əlilliyi müəyyən edilən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi ilə xitam verilib. İşçi əmək müqaviləsinə xitamın əsassız olması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı müəyyən olunarsa ki, işəgötürənin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya işçinin yüngül işə keçirilməsi üçün imkanları olub, məhkəmə işçinin əmək müqaviləsinə xitamı etibarsız hesab edə bilər.
Beləliklə, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi ilə xitam verdiyi halda, mütləq şəkildə əlilliyi olan işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi imkanlarını araşdırmalı və bunun mümkün olmamasını əsaslandırmalıdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın