Əla təklif! Müharibə veteranlarına illik məzuniyyət 46 gün ola bilər (1-ci yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin şərhinə dair silsilə yazıları təqdim edirik
"MKS Academy"-nin təşkil etdiyi növbəti tematik təlim 13 dekabr 2025-ci il (şənbə günü) tarixdə həyata keçiləcək. "Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-ci ilin istehsalat təqvimi" mövzusunda keçiriləcək təlim həm əyani (Caspian Plaza) həm də onlayn (ZOOM) formada həyata keçiriləcək. Saat 14:00-18:00-da keçiriləcək tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə böyük həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliklərdən biri Məcəllənin 120-ci maddəsi ilə bağlıdır. Layihəyə əsasən, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əsas əmək məzuniyyəti ən azı 46 təqvim günü müəyyən edilir:
-
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, o cümlədən 1990-cı il 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini icra etməsi və ya Çernobıl AES-də hərbi xidmətlə bağlı səbəblərdən əlilliyi olan işçilər;
-
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış işçilər;
-
Döyüş əməliyyatı aparılan ərazilərdə hərbi xidmət borcunu yerinə yetirmiş keçmiş hərbi qulluqçular;
-
Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilər;
-
Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, “İstiqlal” ordeni ilə və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.
Beləliklə, təklif olunan yeni redaksiyaya əsasən, müharibə veteranı statusu olan şəxslərin illik məzuniyyət müddətinin 46 gün olması nəzərdə tutulur.
Qeyd edək ki, 13 dekabr 2025-ci il (şənbə günü) tarixdə keçiriləcək " Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-ci ilin istehsalat təqvimi" mövzusunda keçiriləcək təlimdə bu haqda geniş məlumat veriləcək. Təlimdə iştirak üçün təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlaya bilərsiniz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın