Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?

Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?

Əgər təklif edilən dəyişikliklər rəsmi olaraq qəbul olunarsa, ölkədə ardıcıl 7 iş günü və sonrasında 7 təqvim günü qeyri-iş günü ola bilər

2025-ci il 22 noyabr tarixində (şənbə günü) keçiriləcək “Əməyin mühafizəsi və icbari tibbi müayinələr” mövzusunda tematik təlimdə iş və istirahət günlərinin mümkün dəyişdirilməsi ilə bağlı təklifin dekabr və 2025-ci il üzrə istehsalat normasına təsirinn müzakirəsi aparılacaq. Təlimdə həmçinin ƏMAS altsistemində edilən son yeniliklər barədə də məlumat veriləcək. Təlim əyani formada Caspian Plazada keçiriləcək. İştirak üçün 050-368-12-72 nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq kifayətdir.

Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 1 və 2 yanvar – Yeni il bayramı, 31 dekabr isə – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyri-iş günü hesab edilir. Həmin maddənin 7-ci hissəsində bildirilir ki, bayram və istirahət günləri biri digərindən əvvəl və ya sonra gəldikdə, onların ardıcıllığını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Bu səlahiyyət Nazirlər Kabinetinə məxsusdur.

Mümkündür ki, dekabr ayının sonlarında Nazirlər Kabineti Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq iş və istirahət günlərinin yerini dəyişdirsin. Müzakirə edilən variant ondan ibarətdir ki, 2025-ci ilin 29 və 30 dekabr iş günlərinin yerinin 27 və 28 dekabr (şənbə və bazar) istirahət günləri ilə dəyişdirilməsi təklif olunur.

Əgər qeyd olunan dəyişiklik rəsmi qərarla təsdiq edilərsə, beşgünlük iş həftəsi üçün aşağıdakı formanın  tətbiqi gözlənilir:
  • 22–28 dekabr 2025 tarixləri arasında ardıcıl 7 iş günü olacaq.
  • 29 dekabr 2025 – 4 yanvar 2026 tarixləri isə ardıcıl 7 qeyri-iş günü (bayram və istirahət günləri) olacaq.
    Beləliklə, 2026-cı ilin ilk iş günü 5 yanvar tarixinə düşəcək.

Yuxarıda qeyd olunduğu kimi, bu dəyişikliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabinetinin rəsmi qərarı tələb olunur.

Məlumat üçün bildiririk ki, 22 noyabr 2025-ci ildə keçiriləcək “Əməyin mühafizəsi və icbari tibbi müayinələr” mövzusunda təlimdə həm bu təklif, həm də ƏMAS altsistemindəki yeniliklər müzakirə olunacaq. Təlimdə iştirak etmək üçün 050-368-12-72 nömrəsinə müraciət edə bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər