Cümə axşamı, 01 Aprel 2021 05:06

İşəgötürənin qismən ödənişli sosial məzuniyyətlə bağlı SƏHV YANAŞMASI

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Qismən ödənişli sosial məzuniyyətlə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, işəgötürən qismən ödənişli sosial məzuniyyətə çıxan işçiyə hansı müddətdə qayıtması ilə bağlı şərt qoya bilməz.

Təcrübədə qismən ödənişli sosial məzuniyyətə gedən işçinin daha tez müddətdə geri qayıtmasına tez-tez rast gəlinir. İşəgötürən qismən ödənişli sosial məzuniyyətə gedən işçinin yerinə yeni işçi işə qəbul etdiyi üçün onun tez qayıtması müəyyən problemlərin yaranmasına səbəb olur. O səbəbdən də qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edən işçinin yerinə işçi qəbul edərkən, həmin işçi ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə uyğun olaraq müddətli əmək müqaviləsində xüsusi şərtin (qismən ödənişli sosial məzuniyyətdə olan işçinin öz işinə vaxtından tez qayıtması halında əmək müqaviləsinə xitam verilməsi barədə) göstərilməsi tövsiyə edilir.
Misal. İşəgötürən qismən ödənişli sosial məzuniyyətə çıxan işçi ilə bağlı əmrdə qeyd edir ki, vaxtından öncə işə qayıtdıqda işəgötürəni bir ay öncədən xəbərdar etməlidir. İşəgötürən bir ay öncədən xəbərdarlıq şərtinin müvəqqəti əvəz edən işçinin hüquqlarının müdafiəsi məqsədilə etdiyini bildirir.
Qeyd edək ki, qismən ödənişli sosial məzuniyyətdə olan işçinin işə tez qayıtması halında işəgötürəni xəbərdar etməsi ilə bağlı Əmək Məcəlləsində norma və qaydalar müəyyən edilmədiyindən, sosial məzuniyyətdən geri qayıtmasının müddəti ilə bağlı öhdəliyin işəgötürənin əmri ilə işçinin üzərinə qoyulması işçinin əmək hüquqlarının pozulması halı kimi qiymətləndirilə bilər.
O səbəbdən də işəgötürənin qismən ödənişli sosial məzuniyyətə çıxan işçiyə xəbərdarlıq şərti qoyması qanunvericiliyə ziddir.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın