Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Pərakəndə ticarət fəaliyyəti ilə bağlı vacib 4 məqam hansıdır?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 23 May 2023

Pərakəndə ticarət fəaliyyəti ilə bağlı vacib 4 məqam hansıdır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Pərakəndə ticarət fəaliyyətini fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:

1) Pərakəndə ticarət fəaliyyəti zamanı mallar son istehlak məqsədilə təqdim edilir. Həmin malların alıcısı onu sahibkarlıq fəaliyyəti üçün istifadə etməməlidir.

2) Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər, bir şərtlə ki, ardıcıl 12 ayda dövriyyələri 200 000 manatı keçməsin. Əgər qeyd edilən dövriyyə keçilərsə, fiziki və hüquqi şəxslər öz statusları müqabilində, gəlir və mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də məcburi olaraq ƏDV ödəyicisi olurlar.

Qeyd edək ki, 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduğu halda da, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına malikdirlər.

3) Aşağıdakı istisnalar nəzərə alınmaqla, pərakəndə ticarətlə məşğul olanlar mütləq nağd pul hesablaşmalarını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər:

- Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

- Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

- Qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı;

- Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

4) Sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə ticarət fəaliyyəti ilə məşğul vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalar müəyyən həddə olmalıdır.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218.6.1-ci maddəyə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Dəyişikliyi misalla izah edək.

Mİsal. Pərakəndə satışla məşğul olan fiziki və ya hüquqi şəxs vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı  təqdim etdiyi malların ümumi məbləği 42 000 manatdır. Vergi ödəyicisi rüb ərzində cəmi 7 800 manatlıq malı digər vergi ödəyicilərinə elektron qaimə-fakura ilə təqdim edib. Elektron qaimə-faktura ilə təqdim edilən malların xüsusi çəkisi 18,57 faiz ((7800 manat / 42 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi gəlir (mənfəət) vergisi ödəyicisinə çevrilmir, sadələşdirilmiş vergi ödəyicisi kimi 2 faiz dərəcəsi ilə vergi ödəyir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    02 Oktyabr 202614:08

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş

    02 Oktyabr 202609:28

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah)

    Populyar məqalələr

    04 Sentyabr 202613:51

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar

    04 Sentyabr 202614:52

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi

    14 Sentyabr 202617:54

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi

    09 Sentyabr 202611:01

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş.

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah).

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 01 Oktyabr 2026

    Məqalələr

    Məzuniyyət dövrü bayram gününə təsadüf edirsə, uzadılma necə olacaq? (Misallarla izah).

    • 30 Sentyabr 2026

    Məqalələr

    İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?.

    • 29 Sentyabr 2026

    Məqalələr

    Xəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    Dövlət Əmək Müfətişliyi Xidməti son vaxtlar hansı pozuntulara görə cərimələr tətbiq edir?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda əməkhaqqı necə hesablanır? (MİSALLARLA İZAH).

    • 25 Sentyabr 2026

    Məqalələr

    İşәgötürәn işçinin natamam iş vaxtı ilә bağlı әrizәsinə imtina verә bilәr?.

    • 24 Sentyabr 2026

    Məqalələr

    Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilər?.

    • 23 Sentyabr 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əməkhaqqı” anlayışı tətbiq edilməlidir?.

    • 18 Sentyabr 2026

    Məqalələr

    İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?.

    • 17 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur