Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.
Hesab edirik ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 5-ci hissəsi rəhbər tutularaq qarşılıqlı razılıq əsasında bağlanan kollektiv müqavilədə və yaxud əmək müqaviləsində yeni peşəöyrətmə və ya ixtisasa yiyələnmə, eləcə də təlimlə bağlı tərəflərin maddi öhdəliyini müəyyən edən ağlabatan şərtlər nəzərdə tutula və əmək müqaviləsinə xitam verilərkən bu şərtlər nəzərə alına bilər.
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. ƏMAS platforması A-dan - Z-yə
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
7. Mühasibat uçotu