Cümə axşamı, 14 Oktyabr 2021 08:47

Hansı hallar vergi sirri hesab edilir? (4 hal üzrə izah)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Ştat cədvəlinə dəyişiklik edilməsi ilə bağlı praktikada rast gəlinən əsas hallarla bağlı əmrlərin və digər vacib sənədlərin nümunəvi formalarını təqdim etdik. Bu bölmədə əhatə olunmayan digər, az rast gəlinən hallarla bağlı əmrin formaları oxşar olduğundan təkrarçılığa yol vermək istəmirik.

 

Vergi orqanının vəzifələrindən biri də, vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrini qorumaqdır.  4 dekabr 2001-ci il tarixli, 224-IIQ saylı “Kommersiya sirri haqqında” AR Qanununa əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Ümümilikdə kommersiya sirri daha geniş anlama malikdir, vergi sirrini isə kommersiya sirrinin tərkib hissələrindən hesab etmək olar.

Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar.

Maddədən göründüyü kimi, vergi orqanları və onların vəzifəli şəxslərinin fəaliyyəti zamanı vergi ödəyiciləri haqqında məlumatlar qorunmalıdır. Hətta işdən çıxdıqdan sonra heç bir müddət qoyulmadan, daimi vergi ödəyicisinin məlumatlarının məxfiliyini qorumağa borcludur.

Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

- vergi ödəyicisinin razılığı ilə aşkar edilən (Maddə 30.2.1.)

Vergi orqanı vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində vergi pozuntuları aşkar edir. Vergi orqanı həmin vergi pozuntularının digərlərində təkrarlanmamasının qarşısını almaq üçün vergi ödəyicisinin razılığı ilə  bəzi vergi sirlərini açıqlayır.

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (Maddə 30.2.2.)

Maddədən göründüyü kimi, vergi ödəyicisinin  10 rəqəmli eyniləşdirmə nömrəsi (VÖEN) nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-uzre-axtaris) axtarış etməklə həm fiziki, həm də kommersiya hüquqi şəxslərin VÖEN-lərini əldə etmək mümkündür.

- müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında (Maddə 30.2.3.)

Təsisçilər tərəfindən pul və ya əmlak qismində müəssisəyə pay şəklində qoyuluşlar nizamnamə kapitalı hesab edilir. Vergi orqanı vergi ödəyicisinin nizamnamə kapitalının miqdarını açıqlaya bilər, amma təsisçilər və onun payları haqqında məlumatı açıqlaya bilməz.

- vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında (Maddə 30.2.4.)

Vergi orqanının səlahiyyəti çatır ki, vergi ödəyicisi ilə bağlı qanun pozuntuları və ona tətbiq edilən maliyyə sanksiyaları haqqında ictimaiyyətə məlumat versin.

- vergi ödənişləri üzrə borclar (Maddə 30.2.5.)

Vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi, faiz və maliyyə sanksiyaları üzrə borcunun açıqlanması vergi sirrinin pozulması anlamına gəlmir. Hətta vergi ödəyicisinin borcunu “Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi” üsulu ilə əldə etmək olar. Vergi borcu ilə bağlı bir məsələni də qeyd edək ki, vergi ödəyicisinin vergi borcunun yaranması barədə məlumat vergi sirri hesab edilir. Vergi ödəyicisinin 500 manat borcu olması vergi sirri hesab edilməsə də, həmin borcların hansı vergi mükələfiyyəti üzrə yaranması artıq vergi sirri hesab edilir. Yəni, vergi orqanı həmin borcun mənfəət(gəlir) və ya ƏDV(sadələşdirilmiş vergi) üzrə yaranmasını açıqlamır. Qeyd edək ki, məcburid dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə borclar barədə məlumatlar vergi sirrinə şamil edilmir.

 Amma maddədə diqqət yetiriləsi məqam ondan ibarətdir ki, vergi ödəyicisinin artıq ödəməsi haqqında məlumat artıq vergi sirri hesab edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın