İş vaxtının cəmlənmiş uçotunda əməkhaqqı necə hesablanır? (MİSALLARLA İZAH)

İş vaxtının cəmlənmiş uçotunda əməkhaqqı necə hesablanır? (MİSALLARLA İZAH)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

İş rejimləri ilə bağlı bölmədə qeyd etdiyimiz kimi, iş vaxtının cəmlənmiş uçotunda qeydiyyat (uçot) dövrü ay, rüb və ya il olaraq müəyyən edilə bilər.
İş vaxtının cəmlənmiş uçotunun əsas xüsusiyyəti ondan ibarətdir ki, işçinin ayrı-ayrı aylarda normadan az və ya çox işləməsi özü-özlüyündə əlavə və ya azaldılmış əməkhaqqının hesablanmasına əsas vermir. Əsas meyar işçinin qeydiyyat dövrünün sonunda müəyyən edilmiş iş vaxtı normasını yerinə yetirib-yetirməməsidir. Bu səbəbdən qeydiyyat dövrünün müddəti əməkhaqqının hesablanması metodunun seçilməsinə birbaşa təsir göstərir.
Praktikada aylıq tarif (vəzifə) maaşı üzrə əməkhaqqının hesablanmasında iki fərqli yanaşmaya rast gəlinir:
- aylıq tarif (vəzifə) maaşının sabit saxlanılması;
- faktiki işlənilmiş iş saatlarına əsasən hər ay üzrə ayrıca hesablanma.
Qanunvericilikdə bu metodlardan hansının tətbiq edilməli olduğu birbaşa müəyyən edilməmişdir. Buna görə də işəgötürənin seçdiyi hesablama metodunun daxili normativ sənədlərdə, kollektiv müqavilədə və ya əmək müqaviləsində əvvəlcədən müəyyən edilməsi məqsədəuyğundur.
- Qeydiyyat dövrü ay olduqda əməkhaqqının hesablanması
Qeydiyyat dövrü ay müəyyən edildikdə işçinin faktiki işlədiyi iş saatları həmin ay üzrə müəyyən edilmiş iş vaxtı norması ilə müqayisə edilir.

Mİsal 1. Növbə cədvəlinə əsasən 12 saatlıq növbə rejimində çalışan və aylıq tarif (vəzifə) maaşı 600 manat olan işçi üçün 2026-cı ilin fevral ayı üzrə fərdi iş vaxtı norması 160 saat müəyyən edilmişdir.
İşçi ay ərzində faktiki olaraq 157 saat işləsə də, onun iş vaxtı norması tam yerinə yetirilmiş hesab olunur. Bu halda işçiyə aylıq tarif (vəzifə) maaşı tam məbləğdə – 600 manat ödənilir.

Mİsal 2.  Aylıq tarif (vəzifə) maaşı 600 manat olan mühafizəçi 2026-cı ilin sentyabr ayında iş vaxtı normasına uyğun olaraq 176 saat işləmişdir. Bu saatların 60 saatı gecə vaxtına (22:00–06:00) təsadüf etmişdir.
Bir saatlıq əməkhaqqı:
600 manat ÷ 176 saat = 3,41 manat
Əməkhaqqı aşağıdakı kimi hesablanacaq:
Əməkhaqqı = (600 manat ÷ 176 saat × 176 saat) + (60 saat × 3,41 manat × 20%)
Əməkhaqqı = 600 manat + 40,91 manat = 640,91 manat
Beləliklə, işçiyə əsas əməkhaqqından əlavə gecə vaxtında işlədiyi 60 saata görə 40,91 manat əlavə ödənilir....

 

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 

Kağız formatda - 60 manat

Elektron formatda - 24 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər