Kimlərə sadələşdirilmiş vergi üzrə güzəştlər nəzərdə tutulub?

Kimlərə sadələşdirilmiş vergi üzrə güzəştlər nəzərdə tutulub?

Satışı davam edən  “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Vergi qanunvericiliyində digər vergilərdə olduğu kimi sadələşdirilmiş vergi ödəyiciləri üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Qeyd edək ki, 1 yanvar 2020-ci ildən sadələşdirilmiş vergi ödəyiciləri üzrə güzəştlər qruplaşdırılaraq “Azadolmalar və güzəştlər” adlanan 218-1-ci maddəsində ümumiləşdirilib.

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə (Maddə 218-1.1.1.).

2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalçıları bu sahə üzrə satışdan əldə etdikləri hasilatın həcmindən ödəyəcəkləri sadələşdirilmiş vergidən azaddırlar. Kitabda kənd təsərrüfatının vergi uçotu ilə bağlı ayrıca bölmə olduğu üçün geniş məlumat verməyə ehtiyac duymuruq, sadəcə bildirmək istəyirik ki, bu tip güzəştlər mənfəət, gəlir, ƏDV və s. vergilər üzrə də nəzərdə tutulub.

- Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir sadələşdirilmiş vergidən azaddır (Maddə 218-1.1.2).

1 yanvar 2019-cu il tarixdə Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, sadələşdirilmiş vergi ödəyicisi qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən gəlir əldə edirsə, həmin gəlir vergitutma obyektinə aid edilmir.

Mİsal. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olan “A” MMC-nin 20 min manatlıq vergi borcu silinib. Dəyişikliyə əsasən, “A” MMC silinən vergi borcu məbləğinə - 20 min manata görə sadələşdirilmiş verginı ödəməkdən azad edilir.

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi (Maddə 218-1.1.3).

Qanunvericilliyə əsasən, ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. 1 yanvar 2020-ci il tarixdən etibarən vergi ödəyicisinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə gəliri sadələşdirilmiş vergi üzrə güzəşt hüququna malik olacaq.

- Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər  (Maddə 218-1.1.4).

Bu, sahibkarlara münasibətdə gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab oluna bilər. Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burda diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Mİsal. “A” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda dividend gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər