Çərşənbə, 14 İyul 2021 10:30

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində verginin hesablanmasında GÜZƏŞTLƏR

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Bu müqavilələrə aşağıdakılar aid edilmir:

- Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi

Misal. Murad Əliyev 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ödəmə mənbəyində vergi tutmalıdır.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən  dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.

- Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə

 Ailə üzvləri dedikdə, ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları,  ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda başa düşülür.

Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən edilən dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilib.

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı

Misal. Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Sovetski” ərazisində yaşayan Əmirov Balaəhmədin torpağının alqı-satqısı zamanı ödəmə mənbəyində vergi tutulmur.

- Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya  keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə

Misal. Fatimə Əliyeva ərindən boşanan zaman əmlak əldə edirsə, bu zaman notarius ödəmə mənbəyində vergi hesablamır.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın