YENİ BİLDİRİŞ! ƏMAS Platforması gecə vaxtı çalışan işçilərlə bağlı mühüm xatırlatma tətbiq edir

YENİ BİLDİRİŞ! ƏMAS Platforması gecə vaxtı çalışan işçilərlə bağlı mühüm xatırlatma tətbiq edir

Məlumatlandırma bildirişinin tətbiqində təzadlı məqam nədir?

ƏMAS Platformasında son dövrlərdə tətbiq edilən yeniliklərdən biri də işəgötürənlərin əmək qanunvericiliyinin tələbləri ilə bağlı məlumatlandırılmasıdır. İşçilərin əmək müqaviləsinə dair məlumatlar sistemə daxil edilərkən ƏMAS tərəfindən müxtəlif məlumatlandırıcı bildirişlər təqdim olunur.

Yeni tətbiq edilən bildirişlərdən biri də işçilərin gecə vaxtı işə cəlb edilməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı hesab edilir. İşəgötürən beşgünlük və ya altıgünlük iş rejimində iş vaxtını qeyd edilən saatları əhatə edəcək şəkildə müəyyən etdikdə, ƏMAS Platforması tərəfindən müvafiq məlumatlandırma bildirişi təqdim olunur:

Bildirişin əsas məqsədi işəgötürənə xatırlatmaqdır ki, işçinin gecə vaxtı işə cəlb edilməsi zamanı Əmək Məcəlləsinin 98-ci maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır.

  • Yaşı 18-dən az olan işçilər. Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir. Qeyd edək ki, Məcəllənin 254-cü maddəsinə əsasən, axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir. Göründüyü kimi, bu kateqoriyadan olan işçilər üçün gecə vaxtının müddəti fərqli müəyyən edilib. ƏMAS Platforması da yaşı 18-dən az olan işçilərlə bağlı məlumatlandırma bildirişini məhz 20:00–07:00 saat aralığı nəzərə alınmaqla tətbiq edir.
  • Əlilliyi olan işçilər. Əmək Məcəlləsinin 98-ci maddəsinin ikinci hissəsinə əsasən, əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Burada iki mühüm məqam diqqətə alınmalıdır: məhdudiyyət orqanizm funksiyalarının pozulması faizindən asılı olmayaraq əlilliyi olan bütün işçilərə şamil edilir və işçinin yazılı razılığı ilə yanaşı, müvafiq dövlət qurumunun rəyi də nəzərə alınmalıdır.
  • Qadınlar və uşağını təkbaşına böyüdən kişilər. Əmək Məcəlləsinin 98-ci maddəsinin üçüncü hissəsinə əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar — Məcəllənin 242-ci maddəsinin tələbləri nəzərə alınmaqla — və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı görülən işlərə yalnız yazılı razılıqları ilə cəlb edilə bilərlər.
  • Ailə vəzifələrinin nəzərə alınması. 16 yanvar 2026-cı il tarixli dəyişikliklə Əmək Məcəlləsinin 98-ci maddəsinə əlavə edilən dördüncü hissəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə təyinat aparılarkən işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ehtiyacları əsaslandırıldığı halda və mümkün olduqda nəzərə alınmalıdır.

ƏMAS Platformasında təqdim edilən məlumatlandırma bildirişində işəgötürənə müvafiq keçid də təqdim olunur və həmin keçid vasitəsilə istifadəçi e-qanun.az portalında yerləşdirilən Əmək Məcəlləsinə yönləndirilir.

Maraqlı məqam ondan ibarətdir ki, ƏMAS Platformasında gecə vaxtı işlə bağlı tətbiq edilən bu məlumatlandırma bildirişi növbəli iş rejimində çalışan işçilərə şamil edilmir. Halbuki praktikada gecə vaxtı işə cəlb edilmə hallarına məhz növbəli iş rejimində daha çox rast gəlinir. Bu baxımdan, gecə işi ilə bağlı qanunvericiliyin tələblərini işəgötürənə xatırlatmaq məqsədi daşıyan bildirişin növbəli iş rejiminə tətbiq edilməməsi müəyyən uyğunsuzluq yaradır.

Ümid edirik ki, dövlət qurumu tərəfindən ƏMAS Platformasında növbəti yenilənmələr zamanı qeyd edilən texniki boşluq da aradan qaldırılacaq və məlumatlandırma bildirişi növbəli iş rejimində çalışan işçilərə münasibətdə də tətbiq ediləcək.

“Əməyin uçotu: A-dan Z-yə” (V nəşr) artıq satışdadır!

HR mütəxəssislərinin və mühasiblərin ən çox istinad etdiyi masaüstü vəsaitlərdən biri olan “Əməyin uçotu: A-dan Z-yə” kitabının yenilənmiş V nəşri artıq satışdadır!

Yeni nəşrdə sizi nə gözləyir?

• 1024 səhifə aktual izah və praktiki məlumat;
• 1000-dən çox real iş situasiyasına uyğun praktiki nümunə;
• Əmək Məcəlləsinin son dəyişikliklər nəzərə alınmaqla maddə və bəndlər üzrə ətraflı izahı;
• Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktiki şərhi.

Sifariş üçün:

Əlaqə / WhatsApp: 055 368 12 72
E-mail: mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər