Xidmət müqaviləsi ilə çalışan vətəndaşa 200 manatlıq güzəşt tətbiq olunur?

Xidmət müqaviləsi ilə çalışan vətəndaşa 200 manatlıq güzəşt tətbiq olunur?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində, illik gəliri 30 000 manatadək olduqda 2 400 manat məbləğində gəlir vergisindən azaddır.

Mİsal.“A” MMC təmir xidməti  üçün 500 manatlıq ödəniş hesablayıb. Vergi ödəyicisi ödəmə mənbəyində 14 faiz vergi hesablayarkən, həmin məbləğə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, güzəşt tətbiq edə bilməz. Çünki 102.1.6-cı maddənin güzəşti sırf əmək fəaliyyəti ilə bağlı əsas iş yerində çalışanlara şamil olunur.

Bundan əlavə, Vergi Məcəlləsinin 102.2, 102.3, 102.4 və 102.5-ci maddələri ilə müəyyən edilən xüsusi kateqoriyalar (məcburi köçkün, müharibə veteranı, I və II qrup əlil və s.) üçün güzəştlər də xidmət müqaviləsi zamanı nəzərə alınmır.

 

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər