Cümə axşamı, 04 Fevral 2021 08:23

İcbari tibbi sığorta haqqı üzrə hesabatlar necə təqdim olunacaq?

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Vergi ödəyicisinn icbati tibbi sığorta haqqı üzrə hesabatlarına gəlincə isə, 1 yanvar 2020-ci il tarixdən tətbiq edilən vahid bəyanamə -  “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” adlanır. Vergi ödəyicisi əmək haqqı üzrə, fərdi sahibkar fəaliyyəti üzrə cari rübdən sonrakı ayın 20-dən gec olmayaraq vahid bəyannamə təqdim edəcək.

Vergi ödəyicisi tərəfindən vergi ödəyicisi olmayan şəxslərə xidmət haqqı hesablanan zaman ödəmə mənbəyində tutulan icbari tibbi sığorta üzrə məlumatlar rüblük olaraq təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə təqdim ediləcək.

Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, vergi orqanına müvafiq bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Aksiz vergisi ödəyicilərinə gəlincə isə, sığorta haqqı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın