VACİB MƏLUMAT! Əmək haqqından gəlir vergisi hesablanarkən hansı məqamlara diqqət yetirilməlidir?
Satışı davam edən "Vergi Məcəlləsi 2026 (son dəyişikliklərin geniş izahı)" kitabından seçmə
"Vergi Məcəlləsi 2026" kitabını sifariş etmək üçün 050-368-12-72 saylı və ya mksacademy2022@gmail.com adressi ilə əlaqə saxlamağınız kifayətdir. İstənilən ünvana (regionlar da daxil olmaqla) çatdırılma ödənişsizdir.
2019-cu ildən etibarən 7 il müddətinə 8 000 manata qədər aylıq gəlirlər üzrə gəlir vergisinin hesablanmaması səbəbindən, xüsusilə gənc həmkarlarımız gəlir vergisinin hesablanması zamanı müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Bu səbəbdən aşağıdakı məqamların nəzərə alınmasını məqsədəuyğun hesab edirik:
- işçi əlavə iş yerində, yəni əvəzçilik müqaviləsi əsasında çalışdıqda, Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan heç bir güzəşt tətbiq edilmir.
- işçi əsas iş yerində çalışdığı halda sosial kateqoriyalara aid vergi güzəştlərindən istifadə etmək hüququ qazanır.
- əsas iş yerində çalışan işçinin muzdlu işlə əlaqədar aylıq gəliri 2 500 manatdan az olduqda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manatlıq güzəşt tətbiq edilir.
- əsas iş yerində çalışan işçinin əməkhaqqısı 2 500 manatdan az olsa da, muzdlu işlə əlaqədar digər gəlirləri (o cümlədən, gəlir vergisindən azad olunan gəlirlər) nəzərə alındıqda, aylıq ümumi gəliri 2 500 manatdan çox olarsa, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilmir.
- əsas iş yerində çalışan işçinin muzdlu işlə əlaqədar aylıq gəliri 2 500 manatdan çox olduqda, lakin Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan digər güzəştlər (şəhid olmuş şəxslərin ailə üzvləri, müharibə veteranları və s.) tətbiq edildiyi halda belə, gəlirin güzəştlər tətbiq edildikdən sonra 2 500 manatdan aşağı düşməsi Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan güzəşti tətbiq etmək üçün əsas yaratmır.
- əsas iş yerində çalışan işçinin Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona həmin güzəştlərdən yalnız biri — məbləğcə ən böyük olanı tətbiq edilir.
- əsas iş yerində çalışan işçi üçün Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulan (qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olması ilə bağlı) güzəşt isə digər güzəştlərlə yanaşı və ya onlardan asılı olmayaraq bütün hallarda tətbiq edilir.
- işçi hər hansı sosial kateqoriya üzrə vergi güzəştindən istifadə etmək hüququ qazandıqda, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”na uyğun olaraq müvafiq təsdiqedici sənədləri işəgötürənə təqdim etməlidir.
- işçi sosial kateqoriya üzrə vergi güzəştini təsdiq edən sənədləri gec təqdim etdikdə, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə mindiyi tarixdən tətbiq edilir.
- işçinin əməkhaqqı ilə yanaşı, həmin ay məzuniyyət hüququndan istifadə etməsi halında bu gəlirlər toplanır. Əgər məzuniyyət dövrü iki və ya daha çox ayı əhatə edirsə, məzuniyyət haqqı hər ay üzrə ayrıca - həmin ayın muzdlu işlə əlaqədar gəlirlərinə əlavə edilir.
- işçinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya almaq hüququ yarandıqda, icbari ödənişlərin (gəlir vergisi, sosial sığorta haqları və s.) hesablanması zamanı həmin kompensasiya məbləğlərinə hər bir iş ili üzrə ayrıca yanaşılmalıdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın