Mks.az saytı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı seminar keçirib

Mks.az saytı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı seminar keçirib

Vergilər Nazirliyinin idarə rəisi və şöbə müdirlərinin dəstək verdiyi tədbirdə 300-ə yaxın vergi ödəyicisi iştirak edib.

23 noyabr 2019-cu ildə www.mks.az saytının təşkilatçılığı ilə Landmark otelinin III Rotunda zalında Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ilə bağlı “2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək” adı altında məlumatlandırma sessiyası keçirilib. 300-ə yaxın vergi ödəyicisinin nümayəndələrinin qatıldığı tədbirdə saytın ekspertləri ilə yanaşı, Vergilər Nazirliyinin Vergi siyasəti Baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev, Vergi siyasəti Baş idarəsinin vergi qanunvericiliyinin tətbiqi şöbəsinin rəisi Rəşad Nuriyev və Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə mks.az saytının rəhbəri Qalib Toğrul açaraq iştirakçıları və qonaqları salamlayıb, Vergilər Nazirliyinin rəhbərliyinə seminara verdiyi dəstəkdən dolayı təşəkkür edib. Sonra saytın eksperti Anar İ. Bayramov Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin əsas maddələrinin şərhinə həsr olunmuş təqdimatla çıxış edib. Məruzəçi dəyişiklikləri şərti olaraq aşağıdakı 3 qrupa bölərək nəzərdən keçirib:

1) Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi;
2) Vergi ödəyicilərinin gəlirliyinə təsir edən dəyişikliklər;
3) Vergi orqanları ilə münasibətdə vergi ödəyicilərinin mövcud iş yükünün yüngülləşdiriməsi.

Anar İ. Bayramov qanun layihəsinə istinad edərək “riskli vergi ödəyicisi”, “yalan əqd” anlayışları, eıektron vergi-hesab fakturanın ləğvi, elektron qaimə-fakturanın nəzərdə tutulan çeşidləri və təqdim edilmə vaxtları, sabit vergi ödyicilərinin vergi öhdəliyindəki dəyişikliklər, təklif olunan güşəştlər və 166-cı maddənin yeni redaksiyası barədə ətraflı məlumat verib.
Sonra Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov bəyannamələrin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə danışıb, vergi ödəyicilərinin hesabatlılığının asanlaşdırılması və sadələşdirilməsi istiqamətində nəzərdə tutulan yenilikləri açıqlayıb.
Digər çıxışçı, Mks.az saytının vergi eksperti Anar C. Bayramov isə Vergilər Nazirliyi ilə vergi ekspertlərinin əməkdaşlığının Vergi Məcəlləsinin təkmilləşdirilməsindəki roluna və əhəmiyyətinə toxunub, qanun layihəsində nəzərdə tutulan, əvvəlki məruzəçilərin toxunmadığı bəzi dəyişiklikləri şərh edib.
Daha sonra Vergilər Nazirliyinin idarə rəisi Əvəz Quliyev, şöbə müdirləri Rəşad Nuriyev və Elmir Ramazanov tədbir iştirakçılarının qanun layihəsi və Vergi Məcəlləsinin ayrı-ayrı maddələri ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.
Tədbirdə Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən cavablandırılan suallar hissə-hissə mks.az saytına yerləşdiriləcək.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər