Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyət niyə qadağan olundu?

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 31 May 2023

Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyət niyə qadağan olundu?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Vergi orqanının topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyətinin qadağan olunmasında marağı nədir? Fikrimizcə, bəzi vergi ödəyiciləri idxal və ya istehsal etdiyi malların topdansatış qaydada satışını həyata keçirərkən onların uçotdan silinməsində problemlər yaşayır.

Misal üçün, vergi ödəyicisi 300 000 manat dəyərində mal idxal edib. Malları topdan satan zaman bəzi vergi ödəyiciləri elektron qaimə-faktura təqdim olunmasını istəmədiyində malların uçotdan silinməsində problemlər yaranır. Bu zaman vergi ödəyicisi çıxış yolunu həmin malların vətəndaşlara pərakəndə qaydada satışını rəsmiləşdirməkdə görürlər. Vergi ödəyicisi həmin malların istehlak məqsədilə həyata keçirildiyini qeyd edir və kassaya vurur. Nəticədə, malların təyinatına uyğun yerdəyişməsi həyata keçirilmədiyindən, vergidən yayınma halları baş verib. Bu səbəbdən də, vergi orqanı topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin malların pərakəndə qaydada satışını həyata keçirməsinə isti yanaşmır.

Vergi orqanı tərəfindən 2021-ci ildə yuxarıda qeyd edilən hallar üzrə maliyyə sanksiyası tətbiq edilirdi. Vergi orqanı hesab edirdi ki, topdansatış obyektlərində Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 saylı qərarı ilə pərakəndə satış fəaliyyəti qadağan edilir. Vergi Məcəlləsinə əsasən, topdansatış fəaliyyəti dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada  elektron-qaimə təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulduğu üçün, vergi ödəyicisi tərəfindən təqdim edilən mallara elektron-qaimə fakturanın verilməsi anlamına gəlir. O səbəbdən də, Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edildiyi kimi, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilirdi.

Vergi orqanı tərəfindən bu cür maliyyə sanksiyalarının tətbiq edilməsi bəzi vergi ödəyicilərinin narazılığına səbəb olurdu. Misal üçün, taxta-şalbanın topdansatışı ilə məşğul olan vergi ödəyicisi bildirirdi ki, vətəndaş evinin tikintisi məqsədilə iri həcmdə taxta aldığı üçün, həmin əməliyyatı pərakəndə satış fəaliyyəti kimi qeydə almışıq. Vergi ödəyiciləri onu da bildirirdilər ki, Vergi Məcəlləsində topdansatış fəaliyyəti üzrə məşğul olanlara malların pərakəndə şəkildə təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmur. Vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən, maliyyə sanksiyası tətbiq etmək istəyirsə, o zaman həmin  malların həqiqətən topdansatış qaydada təqdim edilməsini sübut etsin.

Amma bəzən olur ki, bəzi vergi ödəyiciləri topdansatış obyektlərində malların pərakəndə satış qaydasında təqdim edilməsini əsaslandıra bilmirlər, ya da bu əsaslandırma reallığa uyğun olmur. Misal üçün, nəm salfetlərin topdansatış fəaliyyətini həyata keçirən vergi ödəyicisi 2000 ədəd nəm salfetin pərakəndə qaydada satışını həyata keçirir. Vətəndaşın çoxlu sayda nəm salfet almasının səbəbi odur ki, bir illik ehtiyacını öncədən qarşılamaq istəyib. Göründüyü kimi, vergi ödəyicisinin əsaslandırması vergi orqanı tərəfindən məqbul hesab edilməyə bilər.


Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022
9. Vergi Məcəlləsi. Ümimi hissənin izahı - YENİ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    16 Dekabr 202513:36

    ƏMAS altsistemində YENİLİKLƏR! Bəzi işçilərin əmək məzuniyyəti və iş vaxtına məhdudiyyətlər tətbiq edildi

    22 Dekabr 202515:58

    Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq

    19 Dekabr 202500:08

    Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası

    11 Dekabr 202518:31

    2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqləndi

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Anar Bayramovun təqdimatında: Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?.

    • 25 Dekabr 2025

    Məqalələr

    Anar Bayramovun təqdimatında: İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər.

    • 23 Dekabr 2025

    Məqalələr

    Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq.

    • 22 Dekabr 2025

    Məqalələr

    Mehdi Babayevin təqdimatında: müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı üzrə DƏYİŞİKLİK.

    • 19 Dekabr 2025

    Məqalələr

    Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası.

    • 19 Dekabr 2025

    Məqalələr

    MÜHÜM DƏYİŞİKLİK: Məzuniyyət zamanı işçinin məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi (NÜMUNƏLƏRLƏ).

    • 17 Dekabr 2025

    Məqalələr

    ƏMAS altsistemində YENİ MƏHDUDİYYƏT — sorğulanma ilə bağlı LİMİT tətbiq edilib.

    • 17 Dekabr 2025

    Sual-cavab

    İşçilərin özünə və ya üçüncü tərəfə ödənilən yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunur?.

    • 17 Dekabr 2025

    Sosial

    ƏMAS altsistemində YENİLİKLƏR! Bəzi işçilərin əmək məzuniyyəti və iş vaxtına məhdudiyyətlər tətbiq edildi.

    • 16 Dekabr 2025

    Qanunvericilik

    DİQQƏT! Əmək Məcəlləsində təklif edilən dəyişikliklər paketi açıqlandı (FAYL Şəklində).

    • 15 Dekabr 2025

    Sosial

    DİQQƏT! Dövlət sektorunda çalışanların icbari sığortalanmasını sığorta şirkəti yox DSMF həyata keçirəcək.

    • 12 Dekabr 2025

    Qanunvericilik

    2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqləndi.

    • 11 Dekabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur