Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq

Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq

Növbəti tematik təlimimiz 27 dekabr 2025-ci il (şənbə günü) tarixində onlayn (ZOOM) formatında keçiriləcəkdir. Təlimin mövzusu:
“Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və ƏMAS altsistemində yeniliklər” Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən ƏMAS altsistemində yaradılmış kvota bölməsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq bildirişi təqdim edilib.

Bildirişə keçməzdən öncə, Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli, 213 nömrəli Qərarı barədə məlumatı diqqətinizə çatdırmaq istərdik.

Qərara əsasən, kvota şamil edilməyən müəssisələr:

  • Dövlət orqanları;
  • Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
  • Hərbi qurumların, hüquq-mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.

    Kvotanın müəyyən edilməsi qaydası

Qərarda qeyd olunur ki, kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisədəki işçilərin orta illik siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə aşağıdakı kimi müəyyən edilir:

  • 25–50 nəfər işçisi olan müəssisələrdə — orta illik siyahı sayının 3 faizi (ən azı 1 iş yeri);
    Bu iş yerlərindən biri əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulur;
  • 50–100 nəfər işçisi olan müəssisələrdə — orta illik siyahı sayının 4 faizi
    (bu sayın 2 faizi əlilliyi olan şəxslər üçün);
  • 100 nəfərdən çox işçisi olan müəssisələrdə — orta illik siyahı sayının 5 faizi
    (bu sayın 2,5 faizi əlilliyi olan şəxslər üçün).

    Nümunə

Əgər müəssisədə işçilərin sayı 120 nəfərdirsə, kvota üzrə 6 nəfər (120 × 5%) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün nəzərdə tutulur.

Bu şəxslərdən 3 nəfəri (120 × 2,5%) əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün ayrılmalıdır.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər:

  • 20 yaşadək gənclər;
  • 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər;
  • Pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslər;
  • Əlilliyi olan şəxslər;
  • Cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər;
  • Məcburi köçkünlər;
  • Müharibə veteranları;
  • Şəhid ailəsinin üzvləri.

    ƏMAS altsistemində kvota məlumatları da əks olunur. İşəgötürənlər ƏMAS altsistemi → “Məşğulluq” → “Kvota üzrə iş yerləri” bölməsinə daxil olmaqla, təyin olunmuş kvota (o cümlədən əlilliyi olan şəxslər üzrə) barədə məlumat əldə edə bilərlər.

Dövlət qurumları tərəfindən ƏMAS altsistemində yaradılmış təşkilatlarda çalışan işçilər üzrə kvota məlumatları da sistemdə əks olunur:


Qeyd edək ki, 27 dekabr 2025-ci il tarixində keçiriləcək onlayn tematik təlimdə kvota ilə bağlı olaraq ƏMAS altsistemində baş vermiş digər dəyişikliklər haqqında da ətraflı məlumat veriləcəkdir. Təlimdə iştirak üçün:-

050-368-12-72 (WhatsApp aktivdir)
mksacademy2022@gmail.com

Sonda, dövlət qurumu tərəfindən təqdim edilmiş kvota ilə bağlı bildirişin forması da diqqətinizə təqdim olunur.

“Hörmətli işəgötürənlər!

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”na (bundan      sonra – Qayda) əsasən müəssisələrə kvota tətbiq edilməsi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsini nəzərdə tutur.

Qaydanın 2.1-ci bəndinə əsasən bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən kvota Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) qeydə alınmış məlumatlar əsasında real vaxt rejimində MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanır. Kvota müəyyən edilərkən alınan nəticələr tam ədəd olmadıqda MEİS tərəfindən ən yaxın tam ədədə yuvarlaqlaşdırılır.

Artıq MEİS-in “Əmək və məşğulluq” altsistemi üzərində kvota iş yerlərinin idarə olunması üçün genişləndirilmiş funksionallıq istifadəyə verilmişdir. Şəxsi kabinetinizə daxil olmaqla:

kvota üzrə ayrılmış iş yerlərinin sayını və vəziyyətini real vaxt rejimində izləyə;
müəssisənin cari kvota sayını tam şəkildə görə;
kvota  üzrə ayrılmış iş yerlərinə müraciət edən şəxslər barədə operativ məlumat əldə edə;
müəssisədə çalışan işçilərin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər” üzrə təsnifatını sistem üzərindən müəyyənləşdirə;
kvota üzrə ayrılmış iş yerlərinə uyğun planlaşdırma, hesabatlılıq və idarəetməni daha səmərəli həyata keçirə bilərsiniz.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən işəgötürənlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə inzibati cərimə nəzərdə tutulur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi”

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər