Cümə axşamı, 12 Aprel 2018 05:50

www.mks.az saytı Milli Mühasiblər Forumunun media tərəfdaşı seçildi

8 aprel 2017-ci ildə AR Vergilər NazirliyininbTədris Mərkəzində Azərbaycanda ilk dəfə olaraq "I Milli Mühasiblər Forumu" keçirlib. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd olunan təşkilatçılar 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində “II Milli Mühasiblər Forumu”-nu keçirəcəklər.
Mks.az saytı artıq “II Milli Mühasiblər Forumu”nun media tərəfdaşı seçilib. mks.az saytında forumla bağlı informasiyaları həmçinin müsahibələri tapa biləcəksiniz. Bundan əlavə, saytımız Forumdan birbaşa canlı yayımlar və xəbərlər hazırlamağı planlaşdırır.

Şərh yazın