Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

İşçinin iş gününün müəyyən saatları üçün icazə alması ödənişsiz məzuniyyətə aid edilir?

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 25 İyun 2023

İşçinin iş gününün müəyyən saatları üçün icazə alması ödənişsiz məzuniyyətə aid edilir?

Satışı  yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, saatlıq icazənin necə tənzimlənməsidir. İşçinin iş gününün müəyyən saatları üçün icazə alması ödənişsiz məzuniyyətə aid edilir?
Əmək Məcəlləsinin 12-ci maddəsinin “ə” bəndinə əsasən, işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələrindən biridir. 11 may 2010-cu il tarixli, 1003-IIIQ nömrəli qanunla ilə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulub. Konvensiyanın 5-ci maddəsinə əsasən, milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər görülməlidir ki, yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın. Konvensiyanın 165 nömrəli Tövsiyəsində göstərilir ki, milli səviyyədə elə şərait yaradılmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və  ya yerinə yetirmək istəyən, ailə öhdəlikləri olan şəxslər  hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə öhdəliklərini harmonik birləşdirərək həyata keçirə bilsinlər, onların əmək şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın, ailə öhdəlikləri olan işçi, onun qulluğuna və ya köməyinə ehtiyacı olan digər yaxın ailə üzvünün xəstələndiyi halda, məzuniyyət almaq imkanına malik olsun, ailə öhdəliklərinin yerinə yetirilməsini yüngülləşdirmək  üçün  hər növ  dövlət və özəl xarakterli  tədbirlərin  keçirilməsinə kömək göstərilsin.
Yuxarıda qeyd edilənlərə əsasən, işçilər, xüsusilə ailə vəzifələri olan işçilər maddi-məişət şəraiti ilə əlaqədar olaraq, işəgötürəndən iş vaxtı ərzində icazə ala bilərlər. Bu halda onların maraqları işəgötürən tərəfindən nəzərə alınmalı, mümkün olduğu qədər icazə aldıqları iş saatlarında əmək haqlarının saxlanılması təmin edilməlidir.   
İşçilərə əmək haqqı saxlanılmaqla icazələrin verilməsi kollektiv müqavilələrlə, kollektiv müqavilə bağlanılmadıqda əmək müqaviləsi ilə tənzimlənə bilər.  
Kollektiv müqavilə olmayan müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı siyasət sənədində saatlıq icazə məsələsi nəzərdə tutula bilər. Kollektiv müqavilə və ya müəssisədaxili qaydalarda işçinin yaxın ailə üzvünün vəfatı və digər üzrlü səbəblər olduqda əmək haqqı saxlanılmaqla işə gəlməməsinin konkret müddətləri müəyyən edilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    28 Yanvar 202600:43

    Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?

    27 Yanvar 202609:50

    Avans qaimə-fakturaları ilə bağlı hansı iki düzəliş həyata keçirildi?

    Populyar məqalələr

    16 Yanvar 202620:39

    RƏSMİ: Uşağın anadan olması ilə əlaqədar kişilər üçün 14 günlük “atalıq” məzuniyyəti təsdiqləndi

    23 Yanvar 202613:38

    ƏLA XƏBƏR! sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 1 il uzadılır

    15 Yanvar 202616:29

    Əmək haqqı hesablanma cədvəli

    19 Yanvar 202620:16

    "Vergi Məcəlləsi 2026" kitabı artıq satışda

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Nəşrlərdən seçmələr

    Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?.

    • 28 Yanvar 2026

    Nəşrlərdən seçmələr

    Avans qaimə-fakturaları ilə bağlı hansı iki düzəliş həyata keçirildi?.

    • 27 Yanvar 2026

    Sosial

    ƏLA XƏBƏR! sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 1 il uzadılır.

    • 23 Yanvar 2026

    Kitablar

    "Vergi Məcəlləsi 2026" kitabı artıq satışda.

    • 19 Yanvar 2026

    Məqalələr

    RƏSMİ: Uşağın anadan olması ilə əlaqədar kişilər üçün 14 günlük “atalıq” məzuniyyəti təsdiqləndi.

    • 16 Yanvar 2026

    Kitablar

    Əmək haqqı hesablanma cədvəli.

    • 15 Yanvar 2026

    Məqalələr

    Anar Bayramovun təqdimatında: Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?.

    • 25 Dekabr 2025

    Məqalələr

    Anar Bayramovun təqdimatında: İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər.

    • 23 Dekabr 2025

    Məqalələr

    Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq.

    • 22 Dekabr 2025

    Məqalələr

    Mehdi Babayevin təqdimatında: müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı üzrə DƏYİŞİKLİK.

    • 19 Dekabr 2025

    Məqalələr

    Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası.

    • 19 Dekabr 2025

    Məqalələr

    MÜHÜM DƏYİŞİKLİK: Məzuniyyət zamanı işçinin məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi (NÜMUNƏLƏRLƏ).

    • 17 Dekabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur