Cümə, 03 Dekabr 2021 06:51

Sınaq müddətinin tətbiqi halları və diqqət yetiriləsi məqamlar hansılardır?

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 51-ci, “Sınaq müddəti” maddəsinin birinci hissəsinin ilk cümləsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qeyd edilən maddədə sınaq müddətinin müəyyən edilməsi tələblərində diqqət yetirilməli iki məqam mövcuddur.

 Birincisi, sınaq müddətinin müəyyən edilməsi işəgötürənin hüquqlarına aid edilib. 

Əmək müqaviləsi imzalanarkən sınaq müddəti müəyyən olunması mütləq şərt kimi qəbul edilmir. Sınaq müddətinin təyin edilməsi sırf işəgötürənin qərarına əsasən müəyyən olunur. İşəgötürən istəsə, heç bir işçiyə sınaq müddəti təyin olunmaz, bu, onun hüququdur.

Mİsal 1. İşəgötürən mühasib vəzifəsinə işə götürdüyü Kazımov Elçinə 2 aylıq sınaq müddətinin təyin olunmasına qərar verir. Bu halda işçi ilə bağlanılan əmək müqaviləsində sınaq müddətinin 2 ay olması qeyd edilir. “A” MMC qərar verir ki, əmək haqqı üzrə mühasib vəzifəsinə cəlb edilən Süleymanova Pərvanəyə sınaq müddəti müəyyən edilməsin. Bu halda isə işəgötürən və Pərvanə xanım arasında bağlanan əmək müqaviləsində sınaq müddəti qeyd olunmur.

İkincisi, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə müəyyən edilir.

Mİsal 1.  İşəgötürən tornaçı vəzifəsinə qəbul etdiyi işçinin həmin sahə üzrə peşəkarlığını yoxlamaq məqsədilə sınaq müddəti təyin edir.

MİsaL 2.  İşəgötürən satış meneceri vəzifəsində çalışan işçinin sınaq müddəti dövründə əmək funksiyalarını necə yerinə yetirməsini öyrənmək üçün müvafiq bölmədən rəy tələb edə bilər. Əgər satış meneceri sınaq müddəti dövründə qarşısına qoyulan hədəflərə çatıbsa, o zaman sınaq müddətini uğurla başa vurmuş hesab edilir.

Sınaq müddətinin tavan həddinə gəlincə, Məcəllənin 51-ci maddəsinin birinci hissəsinə əsasən, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Mİsal 1. İşəgötürən işçi ilə əmək müqaviləsi imzaladıqdan bir müddətdən sonra əmək müqaviləsinə dəyişiklik edərək 2 aylıq sınaq müddəti müəyyən edir. İşəgötürənin bu addımı əmək qanunvericiliyinə ziddir. Çünki sınaq müddəti əmək müqaviləsi imzalandıqdan sonra müəyyən edilib.

Mİsal 2.  İşəgötürən işçi ilə bağladığı əmək müqaviləsində 5 aylıq sınaq müddəti müəyyənləşdirib. İşəgötürənin bu addımı da Əmək Məcəlləsinin tələblərinə uyğun deyil, çünki Məcəllənin 51-ci maddəsində sınaq müddətinin 3 aydan çox olmaması tələbi mövcuddur.

Mİsal 3.  İşəgötürən sınaq müddətini 15 gün olaraq müəyyən edib. İşəgötürənin sınaq müddətini qısamüddətli tətbiq etməsində hər hansı pozuntu yoxdur, çünki əmək qanunvericiliyində sınaq müddətinin minimum yox, maksimum həddi müəyyən edilib.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın