Çərşənbə, 08 Sentyabr 2021 04:54

Əmək vəzifələrinin kobud şəkildə pozulması halları hansılardır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 72-ci, “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar” maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi
Mİsal 1. İşçi hər hansı məlumat vermədən bir gün işə gəlmir. Həmin gün işçi ilə əlaqə saxlamaq mümkün olmur. Növbəti gün də işçinin işə gəlməməsini müəyyən edən işəgötürən qərar verir ki, işçinin əmək müqaviləsinə xitam versin. İşçi uzun müddət işə gəlmirsə və məlumat əldə olunmursa, o halda işçinin yaşayış ünvanına yazılı xəbərdarlıq göndərilə bilər. Amma mümkündür ki, müəyyən müddətdən sonra işçi xəstəlik kağızı təqdim etsin və aydın olsun ki, artıq onun əmək müqaviləsinə xitam verilib. Belə hallarda işçi əmək müqaviləsinin xitamını əsassız hesab edərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edir və əksər hallarda prosesdən qalib ayrılır. İşəgötürən müəyyən iş günləri işə gəlməməsi səbəbindən işçinin əmək müqaviləsinə xitam verdikdən sonra işçi işə çıxmamasının səbəbini xəstə olması (xəstəlik vərəqəsi təqdim etməsi) ilə sübut edirsə, işəgötürən onu işə bərpa etmək məcburiyyətində qalacaq.
Belə halların qarşısının alınması məqsədilə işəgötürənə tövsiyə edirik ki, Əmək Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan müəssisədaxili intizam qaydaları qəbul etsin və bu qaydalarda xəstə olan işçilərin iş yerinə vaxtında məlumat verməsi şərtlərini əsaslandıraraq müəyyən etsin. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən müəssisədaxili intizam qaydalarını pozan işçiyə intizam tənbehlərindən biri verilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın